Qazaxıstan Azərbaycanla iqtisadi əlaqələrin inkişafına maraq göstərir
Tarix: 29.03.2016 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Aset İsekeşevlə görüşüb.
Görüşdə nazirliyin yeni tərkibdə formalaşdığı diqqətə çatdırılıb, Azərbaycanla nəqliyyat, İKT, xidmət və digər sahələrdə əməkdaşlığın imkanları və perspektivləri barədə məlumat verilib. Nazir ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi layihələr barədə məlumatlı olduğunu vurğulayıb, Azərbaycana səfər etmək istədiyini bildirib. Qeyd edib ki, Qazaxıstanın qərb vilayətləri ilə Azərbaycanın uğurlu ticari-iqtisadi əlaqələri var və bu əlaqələrin bütün ölkə üzrə inkişaf etdirilməsi vacibdir. Nazir nəqliyyat sahəsində əməkdaşlıqda xüsusilə maraqlı olduqlarını, “İpək yolu” marşrutu üzərində yerləşən ölkələr arasında tarif siyasətinin razılaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə xüsusi olaraq vurğulanıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qafqaz regionunda məhz Azərbaycanı ölkəsinin strateji tərəfdaşı adlandırması tərəflər arasında münasibətlərə verilən dəyərin bariz nümunəsidir. Səfir Rəşad Məmmədov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın böyük tarixə malik olduğunu və bu gün iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində lazımi tədbirlər görüldüyünü bildirib. Görüşdə Azərbaycanda yaradılan sənaye parkları barədə məlumat verilib və bu parkların imkanlarına dair Qazaxıstan şirkətlərinin məlumatlandırılması məqsədilə materiallar təqdim olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info