Anar Nəcəfli: “Yollar nəzarətdə saxlanılır”
Tarix: 29.03.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Dünəndən başlanan güclü yağışla bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yollardakı vəziyyəti nəzarətə götürüb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, yağışla əlaqədar hələlik yol təsərrüfatında problem yaranmayıb: "Əməkdaşlarımız hazırda bu işə səfərbər olunub, yollar nəzarətdə saxlanılır. Avtomobil yollarının yağış sularından təmizlənməsi, asfalt örtüyünün su ilə dolmasının qarşısının alınması üçün yollardakı yağış barmaqlıqlar təmizlənib. Hazırda yağış sularının ötürülməsində problem yoxdur. Yağış sularının gətirə biləcəyi zibillərin yağış barmaqlıqları tutmasının qarşısının alınması məqsədilə yol təsərrüfatının səfərbər olunan işçiləri tərəfindən hazırda yağış barmaqlıqlara baxış keçirilir. Hələlik yol təsərrüfatında bununla bağlı problemlər yaranmayıb".
Paytaxtın Ziya Bünyadov prospektində yağış sularının avtomobillərin hərəkətinə problem yaratmasına gəlincə isə Anar Nəcəfli bildirib ki, bu problem yol təsərrüfatına aid deyil.
Onun sözlərinə görə, yolların kənarlarındakı yağış barmaqlıqlarının suyu sonda mərkəzi kollektora qoşulur və ola bilsin ki, həmin kollektor da yağış sularını tam qəbul edə bilmir, nəticədə belə problem yaranır. Həmin mərkəzi kollektor isə "Azəravtoyol" ASC-nin nəzarətində deyil.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info