Şimal-qərb bölgəsinə rekord sayda turist gəlib
Tarix: 29.03.2016 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Bu il Novruz bayramı ilə əlaqədar tətil günlərində bölgələrə gələn turistlərin sayı rekord həddə çatıb. Tətil müddətində şimal-qərb bölgəsinə gələnlərin sayında əvvəlki illərlə müqayisədə artım qeydə alınıb. Bunların da böyük əksəriyyəti yerli turistlər olub. Yerli turist sayının çoxluğunda manatın devalvasiyası əsas rol oynayıb. Dolların kursunun yuxarı olması xarici turistlərin də ölkəyə gəlişinə müsbət təsir edib. Elə bayram günlərində bölgədə Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin vətəndaşlarına rast gəlmək olardı.  Əslində xarici turist sayını bir az da artırmaq olar. Məsələn, müsahibimiz Ukrayna vətəndaşı Yelizaveta Timovçuk Azərbaycanın turizm obyektlərinin xaricdə reklamının zəif olmasından narazıdır. Ümumilikdə isə, şimal-qərb bölgəsində ən çox turist Qəbələ rayonunda olub. Təqribən 16 min qonaq şəhəri ziyarət edib. Turist axınına görə ikinci yeri Şəki tutur. 10-mindən çox turistin ziyarət etdiyi qədim diyarda qonaqlar üçün yaradılan şərait onların zövqünü oxşayıb. Qeyri rəsmi məlumata görə, bayram günlərində şimal-qərb bölgəsi təqribən 35 min turisti qonaq edib. Ölkənin tanınması baxımından xarici turistlərin gəlməsi daha məqsədə uyğundur. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir, bu baxımdan qiymətləri yenidən gözdən keçirmək labüddür.Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir
“Kanal S”




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Daha 304 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info