Şəkidə «Аzərişıq»ın binası istifadəyə verilib
Tarix: 29.03.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


«Аzərişıq»ın «Şimai Qərb» Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni inzibati binası Şəki rayonunda tikilib və abonentlərin istifadəsinə verilib.
Qurumdan verilən məlumata görə, ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacaq.

2015-ci ildə espublikanın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə Göyçay və Biləsuvar rayonları,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilib.

“Azərişıq” ASC yaranan gündən reablitasiya planına əsasən, Şəki Elektrik Şəbəkəsində istehlakçiların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0,4 kV-luq şəbəkələrin yenidən qurulması,əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. 16.7 km 35 kV-luq EVX-ləri yenidən qurulub, 155 ədəd 35 kV-luq dayaq basdırılıb. 12.5 km 10 kV-luq EVX-ləri yenidən qurulmuş, 350 ədəd 10 kV-luq dayaq basdırılıb. 13.4 km ÖİN xətti çəkilib. 766 ədəd 0.4 kV-luq dayaq basdırılıb, 1520 ədəd sayğac quraşdırılıb. 26 ədəd müasir tipli müxtəlif güclərdə KTM quraşdırılmış və Şəbəkəyə qoşulub. 35/10 kV-luq 4 MVA gücündə “Aşağı Göynük” YS-sı yenidən qurulub. 110 kV-luq 1-2-ci Zaqatala hava xəttindən budaqlanma ilə yeni 110 kV-luq hava xətti çəkilərək, 1 ədəd üç dolaqlı 110/35/10 kV-luq 5.6 MVA gücündə transformator quraşdırılıb, hal-hazırda 110/35/10 kV-luq “Göynük” YS adı şəbəkəyə qoşulub.

İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Fiziki və mənəvi cəhətdən öz istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilib. Enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info