Gənclər üçün Təhsil Mərkəzi hesabat verdi
Tarix: 29.03.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin “Hüquq Klinikası” 3 aylıq hesabat verib. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki , Mərkəzə son 3 ay ərzində Ağcabədi, Bərdə, Yevlax rayonlarından və Mingəçevir şəhərindən 68 mülki iş daxil olmuşdur. Adları qeyd olunan regionları əhatə edən Hüquq Klinikalarımızın sosial işçiləri və hüquqşünasları tərəfindən Azərbaycan Respublikasının Mülki, Ailə və Cinayət Məcəllələrinin müvafiq maddələrinə uyğun hüquqi məsləhət verilib. Məhz "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədinin regionlarda yuvenal ədliyyə sisteminin inkişaf etdirilməsi olduğunu nəzərə alaraq, biz bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiya işlərini həyata keçirməklə yeniyetmə və gənclərin hüquqlarını qorumaqla yanaşı, digər dəstək proqramlarını da işləyib hazırlayırıq.
Verilən məlumata görə, müraciətlərin 30 faizi gənc ailələrdə birgə nikah dövründə qazanılmış əmlakın bölgüsü, həmçinin yetkinlik yaşına çatanadək saxlanması üçün atasından aliment tutulması ilə bağlıdır. Bunu əsas götürərək Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə yaxın zamanda gənc ailələrə psixoloji yardım və erkən nikah proqramı istiqamətində tədbirlər planı həyata keçirəcək.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info