«AZALJET»dən super qiymətlərə ucuz reyslər
Tarix: 29.03.2016 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


"Azərbaycan Hava Yolları"nın (AZAL) aşağı büdcəli brendi «AZALJET» martın 28-dən etibarən uçuşlara başlayıb. Fins.az xəbər verir ki, artıq turizm şirkətləri «AZALJET»lə uçuş  qiymətlərini açıqlayıblar. “Royal Travels and Services” şirkətindən verilən məlumata görə, hazırda 18 istiqamətdə “P Klass” uçuşlardan istifadə etmək olar. Bu klassda bir tərəfli uçuş 104 manat, iki tərəfli uçuş isə 191-193 manat təşkil edir. Adi qaydada isə bu  uçuşlar 350-360 manat başa gəlirdi. 
Uçuş qiymətinə yalnız 8 kiloqramlıq əl baqajı daxildir. Digər hər 23 kiloqramlıq baqaja görə müştərilər əlavə 20 avro ödəməlidirlər. Amma bu o zaman mümkündür ki, baqaj üçün ödəniş əvvəlcədən verilsin. Hava limanında baqaja görə ödəniş 5 avro daha artıq olur. Yəni, hər 23 kiloqramlıq yükə görə 25 avro ödəmək lazım gəlir. Təyyarədə yemək isə 5-8 avroya başa gəlir.Turizm şirkətindən bildirilib ki,ucuz biletləri əvvəlcədən bron etmək mümkün deyil. Bileti yalnız turizm şirkətinə müraciət edərək əldə etmək olar. 
AZALJET-lə uçuşlar gündə 4 dəfə, yəni  saat 6.45, 9:15, 16:35 və 19:15-də həyata keçirilir. “Royal Travels and Services”dən verilən məlumata görə, aprel ayının 10-a kimi İstanbula və Antaliyaya yerlər artıq dolub. Ayın sonuna kimi digər istiqamətlərdə isə müraciət edərək endirimli biletləri əldə etmək olar. AZALJET-lə Bodrum və İzmir istiqamətində uçuşlar isə iyun ayında etibarən başlanacaq.  Uçuşlar üzrə qiymətlər isə belədir:
1. Bakı Istanbul 104 AZN
Baki Istanbul Baki 191 AZN
2. Baki Dubai 104 AZN
Baki Dubai Baki 192 AZN
3. Baki Tiflis 104 AZN
Baki Tiflis Baki 193 AZN
4. Baki Tehran 104 AZN
Baki Tehran Baki 195 AZN
5. Baki Kazan 104 AZN
Baki Kazan Baki 193 AZN
6. Baki Moskva 105 AZN
Baki Moskva Baki 192 AZN
7. Baki Mineralnie Vodi 104 AZN
Baki Mineralnie Vodi Baki 193 AZN
8. Baki Sanktpeterburg 104 AZN
Baki Sanktpeterburg Baki 192 AZN
9. Baki Kiyev 104 AZN
Baki Kiyev Baki 193 AZN
10. Baki Minsq 104 AZN
Baki Minsq Baki 192 AZN
11. Baki Ankara 104 AZN
Baki Ankara Baki 193 AZN
12. Baki Lvov 104 AZN
Baki Lvov Baki 192 AZN
13. Baki Aktau 104 AZN
Baki Aktau Baki 192 AZN
14. Baki Antalya 104 AZN
Baki Antalya Baki 192 AZN
15. Baki Bodrum 104 AZN
Baki Bodrum Baki 192 AZN
16. Baki Izmir 104 AZN
Baki Izmir Baki 192 AZN
17. Baki Dalaman 104 AZN
Baki Dalaman Baki 192 AZN

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info