Metropolitendən təqdirəlayiq addım
Tarix: 29.03.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Metropolitençilərin sosial-mədəni rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə «Bakı Metropoliteni» QSC-də həyata keçirilən tədbirlər planı Novruz bayramı günlərində də davam etdirilib. Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə birlikdə bayram ərəfəsində bütün metropolitençilərə də bayram sovqatlarınını paylanmasından savayı, işçilərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atılıb.
əməkdə fərqlənən 44 metropolitençi martın 22-dən 26-dək Türkiyənin İstanbul şəhərinə 4-günlük tətilə göndərilib. İstanbulun mərkəzində 4 ulduzlu istirahət mərkəzində yerləşdirilən işçilər üçün şəhər rahat turu təşkil edilib. Onlar dünya mədəniyyətinin nadir inciləri sayılan məşhur Sultan Əhməd məscidini və Ayasofya muzeyini, Topqapı sarayını, həmçinin Türkiyə və Osmanlı coğrafiyasına həsr olunmuş maketlərin yer aldığı Miniatürk parkı və İstanbul Akvariumuna səfər ediblər. Qeyd edək ki, metropolitençilərin ilk belə xarici səfəri 2014-cü ilin yay aylarında Gürcüstanın Kabuleti şəhərinə olmuşdu. Yeni il ərəfəsində isə bir qrup gənc metropolitençinin İstanbula səfəri təşkil olunmuşdu.
Bayram günlərində metropolitençilərin səfalı bölgələrimizə səfərləri də təşkil olunub. Martın 22-dən 26-dək 114 nəfər Lerikin “Meşəbəyi” istirahət zonasına və 36 nəfər isə Qəbələnin “Qafqaz” istirahət mərkəzinə göndərilib. Sözügedən rayonların tarixi, mədəniyyət mərkəzlərini ziyarət edən işçilərimiz ailə üzvləri ilə birlikdə xoş istirahət ediblər.
Martın 19-u, ənənə üzrə, Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı münasibəti bayram sovqatı göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanları «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun və MİHİ-nin sədri Arif Mərdanovun adından Novruz bayramı münasibətilə təbrik edib, gələn bayramları öz doğma ocaqlarında qarşılamağı arzulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info