Naxçıvanda müəssisələrin sayı artır
Tarix: 29.03.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrin sayı artır, mövcud müəssisələrin fəaliyyəti genişlənir. Bunlardan biri də Nахçıvаn şəhərində fəaliyyət göstərən “Fərda” şirniyyat istehsalı müəssisəsidir.
Ötən illərdə müəssisədə müxtəlif çeşiddə daha keyfiyyətli məhsullar istehsal etmək məqsədilə müasir texnoloji avadanlıqların alınması üçün biznes-plan hazırlanıb və muxtar respublikanın Sahibkarlığa Kömək Fonduna təqdim olunub. 2014-cü ilin mart ayında müəssisəyə 100 min manat dövlət maliyyə dəstəyi göstərilib. Burada Türkiyə, İtaliya və İranın qabaqcıl təcrübəyə malik “OMG”, “Sevel”, “Həmədan soba”, “Buzkar” firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаrı quraşdırılıb. 2016-cı ilin yanvar ayında istifadəyə verilən müəssisənin yeni binasında istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət olunur. İstehsal edilən məhsulların birbaşa satışını təşkil etmək üçün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əliqulu Qəmküsar küçəsində, “Cahan” Ticarət Mərkəzində və Şərur şəhərində müəssisənin mağazaları fəaliyyət göstərir. Eyni zamanda, istehsal edilən məhsulların müəssisədə satışı üçün burada mağaza və kafe istifadəyə verilib.
İstehlakçılara müxtəlif çeşidlərdə məhsullar təqdim edən müəssisədə gündəlik istehsal gücü 750 kiloqram olan Şərq, milli və Avropa şirniyyatları, 220 kiloqram rahatlokum, 80 kiloqram nanəli konfet və 560 kiloqram dondurma istehsalı sahələri var. Fəaliyyətə başladığı ilk illərdə 2-3 çeşiddə məhsul istehsal edilən müəssisədə hazırda 80 çeşiddə məhsul istehsal olunur. Daxili bazarın tələbatından artıq istehsal edilən məhsulların ölkəmizin paytaxtı Bakı şəhərində və digər rеgiоnlаrdа sаtışа çıхаrılması planlaşdırılır.
Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fəaliyyəti genişləndirilən “Fərda” şirniyyat istehsalı müəssisəsi dахili bаzаrı müxtəlif çeşidlərdə keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, ixrac potensialı yaradıb, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb. Hazırda burada 20 nəfər çalışır. Müəssisə tam gücü ilə işləyən zaman xidmət sahələri ilə birlikdə 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info