Regional Mədəniyyət və Turizm idarələri yaradıldı
Tarix: 29.03.2016 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Prezident Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;
İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;
Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;
Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;
Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;
Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;
Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;
Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;
Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;
Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;
Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;
Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;
Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;
Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.
Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilib. Nazirlər Kabineti Prezident aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Sərəncama əsasən, Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info