“Oxfam” zəngin ölkələrin qəbul etdiyi mühacirlərin sayını açıqlayıb
Tarix: 30.03.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


İngiltərənin "Oxfam" beynəlxalq humanitar təşkilatı Suriyadakı vətəndaş müharibəsidən qaçan və sayı 5 milyona yaxınlaşan mühacirlərin yalnız 1,4 faizinin dünyanın zəngin ölkələri tərəfindən qəbul edildiyini açıqlayıb. 4,8 milyon mühacirin ən az 10 faizinin zəngin ölkələr tərəfindən qəbul edilməsinin lazım olduğunu ifadə edən “Oxfam”ın hesabatında bildirilir: “2013-cü ildən bu yana zəngin ölkələr 130 mindən az yerləşdirmə mərkəzi qurub. Yalnız 67 min 100 adam bu mərkəzlər vasitəsilə inkişaf etmiş ölkələrə gedə bilib”. “Oxfam”, İngiltərə hökumətinin "2020-ci ilə qədər 20 min mühacir qəbul etmək" sözünü isə “qeyri-kafi” qiymətləndirib.
“Oxfam”ın hesabatı İsveçrənin Cenevrə şəhərində BMT-nin baş katibi Pan Gi Munun başçılığı ilə suriyalı mühacirlərin yerləşdirılməsi ilə bağlı təşkil ediləcək yığıncaqdan bir gün əvvəl açıqlanıb. Martın 30-da keçiriləcək konfransı “yeni bir fürsət” olaraq xarakterizə edən “Oxfam” zəngin ölkələrin bu məsələyə yanaşmasını məyusluq kimi dəyərləndirib. “Oxfam”a görə yalnız üç zəngin ölkə - Kanada, Almaniya və Norveç iqtisadi inkişaflarına uyğun şəkildə suriyalı miqrant qəbul edirlər. Bu günə qədər 1812 mühaciri qəbul edən ABŞ isə daha 10 min mühaciri qəbul edəcəyini açıqlayıb.
Suriyadakı vətəndaş müharibəsi beşinci ili tamam olarkən, ölkədən qaçan mühacirlərin əhəmiyyətli hissəsi qonşu ölkələr Türkiyə, Livan və İordaniyaya sığınmış vəziyyətdədir. BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının məlumatına görə, Türkiyədəki suriyalı mühacirlərin sayı 2,7 milyon nəfərdir. Livanda 1 milyon, İordaniyada isə 636 min mühacir var. Qeyd edək ki, II Dünya müharibəsindən bu yana ilk dəfədir ki, belə böyük köç böhranı yaşanır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info