Belarusa 2 milyard dollar kredit ayrıldı
Tarix: 30.03.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Belarus növbəti iki il ərzində ölkədə iqtisadi islahatlar həyata keçirmək üçün Avrasiya İnkişaf Bankından 2 milyard dollar kredit alacaq.
Artıq bununla bağlı müqavilə Belarus, Rusiya maliyyə nazirləri və Avrasiya İnkişaf Bankı arasında imzalanıb. “Nezavisimaya qazeta” xəbər verir ki, kredit Avrasiya Fondunun sabitlik və inkişaf vəsaiti hesabına veriləcək. Belarusun Maliyyə Nazirliyi ölkəyə verilən 2 milyard dollar kreditin iqtisadi siyasət tədbirləri və struktur islahatları həyata keçirməkdə hökumətə dəstək kimi dəyərləndirib. Nazirlik vəsaitin tranş olaraq hissə-hissə ölkəyə veriləcəyini, ilk 500 milyon dəyərində tranşın yaxın günlərdə alacaqlarını bəyan edib. Rəsmi məlumata görə, ayrılmış vəsait Belarusda iqtisadi siyasətin davamlılığının təmin edilməsi və makroiqtisadi sabitliyin təmin edilməsinə sərf ediləcək. Xatırladaq ki, Moskva və Minsk arasında əldə edilmiş kredit razılaşmasında xərclərlə bağlı konkret maddələr yoxdur. Buna görə də, ölkənin bəzi iqtisadçıları alınan vəsaitin lazımi istiqamətə xərclənəcəyinə şübhə ilə yanaşırlar. Məsələn, ölkənin Milli Bankının sabiq rəhbəri Stanislav Boqdankeviçə görə, alınan vəsait daha çox borc maliyyələşməsinə yönəldiləcək. Belaruslu başqa bir iqtisadçı Leonid Zlotnikov isə alınan vəsaitin müəssisələrdə məşğulluğu qorumağa sərf ediləcəyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info