Payız müsabiqələrinin nəticəsində 400-dək namizəd vəzifəyə təyinat alıb
Tarix: 30.03.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə icra olunan “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək layihəsi”nin başa çatması ilə bağlı dünən tədbir keçirilib.
Avropa İttifaqının və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin maliyyələşdirdiyi layihənin ümumi məqsədi dövlət orqanlarında dövlət qulluqçularının peşəkar inkişafı funksiyalarının icrası və əlaqələndirilməsi, o cümlədən təlim strategiyasının hazırlanması istiqamətində DQMK-nın potensialının gücləndirilməsi, kəsişən prioritet sahələrdə standart təlim modullarının hazırlanması olub. Tədbirdə çıxış edən DQMK-nın sədr müavini Vəfadar Misirov bildirib ki, Dövlət Komissiyası beynəlxalq əməkdaşlığa çox böyük önəm verir. Komissiyanın əməkdaşları digər ölkələrin müvafiq qurumlarında təlimlər keçib. Biz dövlət qulluğu sahəsində Azərbaycana məxsus model qurmuşuq. Bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Vəfadar Misirov deyib ki, 2015-ci ildə dövlət qulluğuna qəbul üzrə payız kampaniyasında 15 minə yaxın namizəd qeydiyyatdan keçib. Müsabiqələrin nəticəsində 700-dən artıq namizəd dövlət qulluğu vəzifəsinə uyğun hesab olunub. O bildirib ki, artıq 400-ə yaxın namizəd müvafiq vəzifələrə təyinat alıb: “Digərlərinin isə vəzifəyə təyinat məsələləri davam edir”. DQMK sədrinin müavini qeyd edib ki, bu il dövlət qulluğuna qəbul üzrə yaz kampaniyası çərçivəsində 5000-ə yaxın namizəd qeydiyyatdan keçib. Komissiyanın insan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Fuad Mayılov qeyd edib ki, layihənin icrasına 2013-cü ilin dekabrından başlanılıb. Layihənin üç əsas fəaliyyət istiqaməti - dövlət qulluqçuları üçün strategiyanın hazırlanması, Avropa İttifaqı ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim modullarının hazırlanması və prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının yaradılması müəyyən edilib. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə direktoru vəzifəsini icra edən Olaf Heydelbax, Almaniyanın Azərbaycandakı səfirinin müavini Eugen Şönfeld çıxışlarında layihənin uğurla icra olunduğunu bildiriblər. Tədbirin sonunda layihə çərçivəsində yüksək vəzifəli dövlət qulluqçuları üçün təşkil olunmuş Strateji Liderlik Proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info