31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
Tarix: 30.03.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Erməni millətçilərinin törətdikləri qırğınlar heç zaman yaddaşlardan silinməyəcək
İki əsrə yaxındır ki, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani rəftarla müşayiət olunan etnik təmizləmə siyasətinə məruz qalmışdır.
Erməni millətçilərinin törətdikləri qırğınlar nəticəsində yüzminlərlə azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, onların yaşadıqları bir çox kənd yandırılaraq xarabalığa çevrilmişdi. Təkcə XX əsrdə azərbaycanlılara qarşı 4 dəfə soyqırımı və deportasiya həyata keçirilmişdi.
Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura erməni əhalisinin yerləşdirilməsi, demoqrafik balansın ermənilərin xeyrinə zorla dəyişdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli təcavüzünün qanlı izləridir. 1988-1989-cu illərdə azərbaycanlıların qovulması prosesi minlərlə qanlı aksiyalarla aparılaraq 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.
1918-ci ilin 31 Mart qırğınları isə xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli hadisələrindən biri kimi Azərbaycan tarixinə qanla yazılmışdır. Erməni daşnakları üç gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, tarixi abidələri məhv etmişlər, «İsmailiyyə» binasını yandırmış, «Təzə pir» məscidinin minarələrini top atəşləri ilə dağıtmışlar. Respublikamızın Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Naxçıvan və digər bölgələrində də bu cür faciələr törədilmişdir.
Beynəlxalq aləmdə özlərini «yazıq», «məzlum», «əzabkeş» millət kimi qələmə verən ermənilər 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndini yandıraraq xarabalığa çevirmiş, 50 mindən çox soydaşımızı qətlə yetirmişlər. Təksə bir fakt demək kifayətdir ki, həmin qanlı hadisələr zamanı Bakıdakı Təzə pir məscidinə sığınaraq buraya pənah gətirmiş 500 nəfərin cəsədi bu ibadətgahdan tapılmışdır.
Mart qırgınlarında erməni millətçiləri azərbaycanlı qadınları daha ağır içgəncələrlə öldürürdülər. Südəmər uşaqları süngüyə keçirirdilər. Uçaqların heç birini salamat buraxmırdılar kı, birdən gələcəkdə öz ata-analarının, bacı-qardaşlarının intiqamını ala bilərlər.
Xalqımızın bu agır, dəhşətli günlərində Türkiyənin qoşunları Azərbaycanın köməyinə gəldi. O zaman Türkiyə dövləti özü ağır vəziyyətdə idi. Böyük dövlətlər onu yox etməyə, ərazisini bölüşdürməyə çalışırdılar. Buna baxmayaraq, Türkiyə dövləti qardaş Azərbaycan xalqına kömək əlini uzatdı. Qardaş qardaşın dadına çatdı. Türkiyənin hərbi qüvvələri ilə birləşən yeni yaradılan Azərbaycan ordusunun hissələri erməni quldurlarından intiqam almağa başladılar. Bununla da Azərbaycan xalqının tamamilə məhv olmaq təhlükəsi sovuşdu.
Bakıda 1918-ci ilin mart soyqırımı qurbanları indiki 20 Yanvar şəhidləri dəfn olunan Şəhidlər xiyabanında dəfn olunmuşdular. Bu müqəddəs and yerimizdə 1990-ci il şəhidləri ilə 1918-ci il şəhidlərinin ruhları bir-birinə qovuşmuşdu. Bununla da xalqımız öz qatillərini yenidən tanıdı. Tariximizin bu qanlı-qadalı, uzun illər haqqında danışılması belə yasaq edilmiş faciəyə 80 il sonra ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanı ilə hüquqi-siyasi qiymət verildi. Bu fərmanla 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Fərmanda deyilirdi: «1918-ci ilin mart ayından etibarən əks inqilabi ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir».
Ermənilərin törətdikləri soyqırım mart qırğınları ilə bitmir. Xocalıdakı qanlı faciə də o hadisələrin davamıdır. Xalqımız bu qanlı aksiyaları heç zaman unutmamalı, ildönümündən- ildönümünə deyil, həmişə yada salmalıdır.
Nicat Mirzəyev
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info