Avstraliyada gömrük və sərhəd xidmətləri işçiləri tətil edir
Tarix: 30.03.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Avstraliyaya gəlmək və ya bu Yaşıl qitəni yaxın həftə ərzində tərk etmək istəyən turistlər və yerli sakinlər ölkə aeroportlarında gömrük, sərhəd və baytar həkimi nəzarəti məntəqələrini keçərkən uzun müddətli gecikmələrə hazır olmalıdırlar. Artıq iki ildir ki, hökumətlə əmək haqlarının artırılması barədə uğursuz danışıqlar aparan həmin xidmətlərin əməkdaşlarının tətili başlayıb.
Martın 30-dan 7-dək Sidney, Melburn, Adelaida, Brisben, Pert, Kerns, Darvin və Taunsvillin beynəlxalq aeroportlarının tətil edən əməkdaşları hər gün bir neçə saat işi dayandıracaqlar.
Xəbər verdiyimiz kimi, bu tətil martın 24-də başlanmalı idi. Lakin Brüsseldə baş vermiş terror aktları ilə bağlı işi dayandırmamaq barədə Baş nazir Malkolm Ternbullun xahişini nəzərə alan tətilçilər həmin vaxt tətili təxirə salmışdılar.
Dövlət Qulluqçuları Həmkarlar İttifaqlarının katibi xanım Nadin Flad tətillə bağlı deyib: “Ötən ilin oktyabrından başlayaraq hökumət bizimlə danışıqlardan imtina edir. Biz tətili bir həftə təxirə saldıq, amma indi güman edirik ki, hökumət danışıqlar masası arxasına qayıdacaq”.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər
16.09.2018
İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?
16.09.2018
“Manqxut” qasırğası Çində ciddi fəsadlara səbəb olub, ölənlər var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info