Dollar sürətlə ucuzlaşacaq
Tarix: 30.03.2016 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünən, martın 29-dakı çıxışında uçot dərəcəsinin "olduqca ehtiyatlı" artırılacağı barədə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu açıqlama dolların zəifləməsinə gətirib çıxarıb. Belə ki, dollar avro ilə müqayisədə 1,2% ucuzlaşaraq 1,1303 səviyyəsin çatıb. 
Qeyd edək ki, son bir həftədə FES məmurları uçot dərəcəsinin aprel və ya iyun aylarında keçirilməsi planlaşdırılan iclaslardan birində artırılmasının mümkünlüyünü vurğulayıblar. Dünənki iclasda investorlar C.Yellenin bu yöndə açıqlamalarını davam etdirəcəyi gözlənildiyi halda, FES rəhbəri daha ehtiyatlı mövqe nümayiş etdirib. O, ABŞ-da mövcud aşağı inflyasiya, Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik, qlobal iqtisadi konyunktura və ABŞ-da açıqlanan qarışıq istiqamətli iqtisadi göstəricilərə diqqət yetirməyi tövsiyə edib. Bununla bərabər Yellen əmək bazarında iqtisadi aktivliyin azalması səbəbindən tsiklik depressiyanın yarana biləcəyini vurğulayıb.
"Report"un analitik qrupu bildirir ki, cümə günü ABŞ-da açıqlanacaq əmək bazarının aktivlik göstəricisinin proqnozlara yaxın və ya daha aşağı olacağı təqdirdə dolların sürətlə zəifləyəcəyi gözlənilir. USD/EUR məzənnəsinin yaxın 2-3 ayda 1,20-1,22 səviyyəsinə qədər artması proqnozlaşdırılır. Belə olduğu halda, AZN/USD məzənnəsi 1,35-1,40, neftin qiyməti isə 50 dollar/barelə qədər yüksələcək.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info