“Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır”
Tarix: 30.03.2016 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


“Məhz supergüclərin də iştirak edəcəyi və dünya üçün vacib olan IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı mühüm bir hadisədir”. Bunu politoloq Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, Azərbaycan həmişə dünyada təhlükəsizlik məsələlərində fəal iştirak edib və lazımi dəstəyi göstərib: “Nüvə təhlükəsizliyi dünyada getdikcə daha aktuallıq kəsb edən bir məsələyə çevrilib. Xüsusilə dünyada münaqişələrin sayının artması, terror hadisələrinin çoxalması və terrorçuların nüvə silahı əldə etmə cəhdləri nüvə təhlükəsizliyinin vacibliyini xeyli dərəcədə artırıb. Bu baxımdan Azərbaycanın indiyə qədər dünyada təhlükəsizliyin təmin edilməsinə, terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr nəzərə alınaraq ölkəmizin nüvə təhlükəsizliyinin təmin edilməsində də rolu yüksək qiymətləndirilib və Azərbaycan da bu mötəbər sammitə dəvət alıb”.
O vurğulayıb ki, bu, eyni zamanda Azərbaycanın dünyada ən vacib məsələlərdə etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut edir.
Politoloq hesab edir ki, Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanla ABŞ, o cümlədən sammitdə iştirak edən digər ölkələr arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcək: “Dövlət başçımızın aparıcı dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının dövlət başçısı və digər rəsmi şəxslərlə görüşü istər regional münaqişələrin həllinə, istərsə də meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq”.
A.Nağıyev vurğulayıb ki, bu gün Azərbaycan regionda öz sözünü deyə bilən və mühüm iqtisadi, siyasi və hərbi məsələlərin həllində rəyi nəzərə alınan bir dövlətdir: “Məhz buna görə də Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır. Bu, Türkiyə-Rusiya münasibətləri, Suriya böhranı, Gürcüstan və digər konfliktli məsələlərin həllində də özünü göstərir. Məhz buna görə də Azərbaycan Prezidentinin ABŞ-a səfəri münasibətlərimizə müsbət təsir göstərəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info