“Nüvə Təhlükəsizliyi Sammitinə dəvət Azərbaycanın strateji əhəmiyyətini göstərir”
Tarix: 30.03.2016 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın strateji əhəmiyyətini, onun dini tolerantlığını, islahatlara yönəlmiş iqtisadiyyatını və Böyük Yaxın Şərqin hüdudlarında yüksələn ulduzun nüfuzunu əks etdirir. Bunu “Trend”ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vaşinqtona dəvət edilməsi, ən əsası, Azərbaycanın dünya arenasında önəminə işarədir: “Azərbaycan artıq sovet respublikası deyil, millətlər cəmiyyətində etimad qazanmış və etibarlı tərəfdaşdır”.
R.Sübhaninin fikrincə, Prezident İlham Əliyevin qonşular, onların iddiaları və rəqabət aparan maraqları arasında balansın saxlanılmasına yönəldilmiş müdrik xarici siyasəti bu dəvət üçün daha bir səbəbdir.
O vurğulayıb ki, Azərbaycan təməldə mövcud olan gərginliyə baxmayaraq, İran İslam Respublikası və Rusiya ilə normal əlaqələr saxlayır.
R.Sübhani xatırladıb ki, Azərbaycan erməni işğalına rəğmən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir: “Münaqişəni sülh yolu ilə həll etmək arzusunu Vaşinqtonda qiymətləndirirlər. Bu nümayiş etdirir ki, İlham Əliyev ölkəyə məsuliyyətlə rəhbərlik edir. Prezident İlham Əliyevin sayəsində baharın gəlişi ilə çiçək açan gül kimi Azərbaycan dünyanın güclü dövlətinə çevrilməklə çiçəkləndi”.
Qeyd edək ki, Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 aprel tarixlərində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info