Şeyxülislam: “Axundların moizələrini izləyəcəyəm”
Tarix: 30.03.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Din xadimlərimiz dövlətə dəstək verməlidir”. Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib. 
”Dövlətimiz, torpağımız, imanımız var. Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır, din xadimləri dövlətimizə dəstək verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır”, - deyə o vurğulayıb. 
A. Paşazadə Brüsseldə baş verən terroru lənətlədiklərini də bildirib: “Ancaq necə olur ki, Brüsseldə də, Türkiyədə də, Pakistanda da terror baş verir, lakin bu hadisələrə münasibət fərqlidir. Bu da bir daha onu göstərir ki, biz dövlətimizə dəstək verməliyik. Ona görə məscidlərdə kameralar qoyulacaq. Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır. Kim bunu xırda siyasi məsələ kimi qələmə verməyə çalışacaqsa, özü bilər. QMİ rəhbəri kimi buna ixtiyarım var”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil
22.02.2019
MŞ sədri bölgə qəzetinin 95 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib
22.02.2019
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək”
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info