Asiya İnkişaf Bankı: “Manata inam artacaq”
Tarix: 30.03.2016 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın enerji daşıyıcılarından asılılığı davam etdikcə aşağı düşən neft qiymətlərinin yaratdığı təsir Azərbaycanın həssaslığını daha da artırır. Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında qeyd edilib.
Bankın analitikləri hesab edir ki, neft qiymətlərinin hələ bir müddət də aşağı olacağı proqnozlaşdırılır. Belə olduğu təqdirdə, Azərbaycanda davamlı inkişaf yalnız iqtisadi diversifikasiya sayəsində mümkün ola bilər: "Diversifikasiya daha sabit iqtisadi sektordan kreditə çıxış tələb edəcək. Ümumilikdə, neft sektoru xaricində daha yüksək inkişafa töhfə vermək üçün kiçik və orta müəssisələr maliyyələşdirilməlidir. Kreditlərin həcminin artması daha çox likvid, səmərəli və güclü maliyyə institutlarının və maliyyə bazarlarının olmasını tələb edir ki, onlar da öz növbəsində daha böyük həcmli kreditlərin, daxili maliyyələşmə mənbələrinin öhdəsindən gələ, bank sektoru və digər maliyyə xidmətlərinin istifadəçiləri üçün maliyyə resurslarına (kreditlərə) çıxış problemini həll edə bilər".
Hesabatda qeyd olunur ki, dollarizasiya prosesi milli valyutanın likvidliyini əhəmiyyətli dərəcədə pozub. "Xarici valyutadakı kredit və depozitlərin payı artdıqca, xarici valyutadakı öhdəliklər və qaytarılmayan kreditlər banklar üçün risk yaradır. Vaxtı keçmiş kreditlərin həcminin artması və zəif bankçılıq təcrübəsi bankların bazarın likvidliyini qoruyub saxlamasını tələb edir. Bundan başqa, Mərkəzi Bank effektiv təkrarmaliyyələşdirmə vasitələrinin olmaması səbəbindən kommersiya banklarının, xüsusilə kiçik və orta müəssisələrin kredit təchizatını azaldır. Əmanətlərin tam sığortalanması ilə bağlı qəbul olunan qərar bank sisteminə inamı artıracaq. Xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% olmaqla, məbləğindən asılı olmayaraq əmanətlərin tam sığortalanması milli valyutanın istifadəsi ilə yanaşı, dövlətin manatda olan istiqrazlarının buraxılışını da canlandıracaq. Likvidliyi təmin etmək üçün Mərkəzi Bankın banklara verdiyi kreditin müddətinin 1 gündən 7 günədək uzadılması, məcburi ehtiyat normasının isə 2%-dən 0,5%-dək azaldılması yerli valyutanı daha likvid edəcək", - deyə məlumatda bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info