“Ermənistanın əsl məqsədi işğal olunmuş ərazilərimizin ilhaq edilməsidir“
Tarix: 30.03.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir.
Bunu Havay ştatının nümayəndələr palatasında qəbul edilmiş qərarı şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: "Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının senatının gündəliyinə gətirməyə çalışsa da, uğursuzluqla üzləşdi. Belə ki, ştat senatı gündəliyə gətirilməsinə cəhd edilən antiazərbaycan xarakterli iki qətnaməni rədd etdi. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etdi və Havay ştat senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırdı".
XİN rəsmisi qeyd edib ki, bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının nümayəndələr palatasına üz tutdu: "Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info