QMİ-də 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı tədbir
Tarix: 30.03.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində 31 Mart -  Azərbaycanlılarının Soyqırım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında şəhidlərə rəhmət diləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QMİ tərəfindən soyqırım qurbanlarının yad edilməsini və bununla bağlı dini konfessiyaların rəhbərləri adından müraciətin qəbulunu təqdir edib.
 
Tarixçi Anar İsgəndərov bildirib ki, ermənilərin 19-u əsrin sonu, 20-ci əsrin əvvəllərində dövlətləri olmasa da, erməni kilsəsi və Daşnaksutyun Partiyasının xətti ilə onlar Azərbaycan türklərinə qarşı bir  dövlət kimi çıxış ediblər: “Osmanlıda öz maraqlarını təmin edə bilməyən, dövlət qura bilməyərək qovulan erməni dəstələri Şimali və Cənubi Azərbaycanda böyük soyqırımlar törətdilər. Hətta soyqırımdan qurtulmaq üçün Təzəpir məscidinin həyətinə sığınan azərbaycanlıları qırmaq üçün rusları inandırmağa çalışdılar. Rus donanması Xəzər dənizindən Təzəpir məscidini atəşə tutub, məscidin minarəsi zədələnib. Şeyxülislamın tövsiyəsi ilə camaat ağ bayraq qaldırıb, ruslar inandırılıb ki, vəziyyət fərqlidir”.
 
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev yəhudilərin yəhudi, azərbaycanlıların azərbaycanlı olduğu üçün qətlə yetirildiyini vurğulayıb: “Əgər zorun gücü varsa, gücsüzün də Allahı var”.
Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete Azərbaycan kimi stabil, təhlükəsiz ölkədə yaşamaqdan xoşbəxt olduğunu söyləyib. 
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrın nümayəndəsi Konstantin tədbirdə dini icmalar adından müraciətin qəbul edilməsinin mühüm addım olduğunu vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info