“Ermənilər monoetnik siyasi icma yaratmaq üçün azərbaycanlıları tamamilə Qarabağdan qovub”
Tarix: 30.03.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Almaniya Federal hökuməti ATƏT-ə sədrlik etdiyi müddətdə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında inam və təhlükəsizliyi  artırmaq üçün müvafiq ölçüləri təşviq edə bilər”. Bunu almaniyalı siyasi ekspert Heiko Langner deyib. O qeyd edib ki,   indi Minsk qrupuna həmsədr dövlətlər ön cəbhədə insidentləri araşdırmaq üçün araşdırma mexanizminin qurulması üçün danışıqlar aparır: “Bu ehtiyac uzun müddət öncə  yaranıb. Daha yaxşı olardı ki, gələcəkdə  insidentlərin qarşısını almaq  və  ya araşdırmaq üçün cəbhə xətti  boyunca ATƏT-in daimi müşahidə stansiyaları yaradılsın”.
O əlavə edib ki, münaqişə tərəfləri ön cəbhədə hərbi heyəti azaltmalı, snayper və ağır hərbi  texnikanı geri çəkməlidir: “Təəssüf ki, münaqişə tərəfləri buna hazır olmayıb. Tərəflər ilk addımın atılmasını bir-birindən gözləyir”. 
Almaniyanın Ermənistana əsgərlərinə təlim keçməkdə kömək etməsi haqqında deyilənlərə münasibət bildirən Langner qeyd edib ki, əgər Almaniya NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində erməni əsgərlərə təlim keçirilməsinə cəlb  edilibsə, əlbəttə onların əldə etdiyi bilik və bacarıq digər qaynar nöqtələrdə istifadə edilər bilər: “Bu çox məqsədəuyğundur  ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin heç bir tərəfinə nə birbaşa nə də dolayı yolla hərbi dəstək vermir. Lakin istisna etmirik ki, bəzi hərbi təlim elementləri daxili siyasi məqsdlər üçün istifadə edilə bilər”. 
Politoloq qeyd edib ki, son zamanlar Ermənistanda dövlət təhlükəsizliyi qüvvələri sosial etirazlar və ya seçki kampaniyaları zamanı dinc etirazçılara qarşı güc tətbiq edib: “Ona görə də narahatlıq başadüşüləndir”. 
Langnerin sözlərinə görə, Almaniya Federal Hökumətinin  Dağlıq Qarabağdakı de-fakto rejimi tanımaması Almaniyanın xarici  siyasətinin davamıdır: “Qarabağın diplomatik səviyyədə tanınması mümkün deyil, çünki  lazımi şərtlər mövcud deyil. Seperatçı regionun de-fakto müstəqilliyi müharibənin nəticəsidir, bu, hüquqi yolla edilməyib. Ermənilər monoetnik siyasi icma yaratmaq üçün azərbaycanlıları tamamilə Qarabağdan qovub”.
O qeyd edib ki, xalqların öz müqəddəratını təyin etmək hüququ digər bir xalqın haqlarının pozulması hesabına əldə edilə bilməz: “Bütün insanların bərabər hüquqları var, hər bir xalq bərabərdir. Çox ya da az dəyərli xalq ifadəsi ola bilməz. Bu rasizm olar və beynəlxalq hüquqa ziddir. Ona görə də heç bir dövlət, Ermənistan özü də Qarabağı dövlət kimi tanımır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info