DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni veb-saytı istifadəyə verilib
Tarix: 30.03.2016 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) yeni veb-saytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.
Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron qaydada müraciət etmək, həmçinin müvafiq rüsumları onlayn ödəmək də mümkündür.
Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici videoçarxlar da veb-saytda yerləşdirilib. Həmin videoçarxlarda vətəndaşlara sənədlərin verilməsi proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.
BPQMİ vətəndaşlara göstərilən xidmətin, fəaliyyətinin daha da təkmilləşdirilməsi üzərində daim çalışır. Paytaxt da daxil olmaqla respublikanın bütün bölgələrində səyyar xidmətlərin təşkilini, “SMS bildiriş” imkanının aktivləşdirilməsini, “Facebook” vasitəsilə vətəndaşlarla ünsiyyətin qurulmasını buna misal göstərmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info