Nazir: “Dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni imkanlar yaradır”
Tarix: 30.03.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“Dünyada baş verən proseslər Azərbaycana turist axını üçün yeni müsbət imkanlar yaradır. Bunun üçün də bu sahənin tamamilə sərbəstləşdirilməsini, yeni xidmət növlərinin təqdim olunması, qanunsuz müdaxilələrin qarşısının alınması, viza prosedurlarının yüngülləşdirilməsi və ya aradan qaldırılması üzərində işlər gedir”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, keçən illə müqayisədə bu il Azərbaycanın cənub bölgəsinə İrandan gələn turistlərin sayında artım olub: “Bayram günlərində ölkəyə turistlərin sayı ilə bağlı statistika tam hazır deyil. Dəqiq rəqəmlər gələn ayın əvvəlinə müəyyənləşəcək. Həm turistlərin sayı, həm də onlara göstərilən xidmətlərlə bağlı monitorinq aparılıb. Təəssüf ki, bəzi rayonlarda istənilən səviyyədə xidmətlər göstərilməyib”.
Nazir qeyd edib ki, yay mövsümündə Azərbaycana gələn rusiyalı turistlərin sayında artım var: “Artıq Rusiyada nazirliyin təmsilçiliyini açmışıq, bir necə vilayətlə müqavilələr imzalanıb və çarter reyslərinin açılması gözlənilir. AZAL da bizə dəstək verir”.
Ə. Qarayev “Turizm haqqında” yeni qanun layihəsinin hazırlandığını xatırladıb, əlavə edib ki, burada daxili turizmlə məşğul olan şirkətlərin stimullaşdırılması, onlara dövlət tərəfindən dəstək göstərilməsi, xüsusi kreditlərin və imtiyazların verilməsi  və s. nəzərdə tutulur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info