“TAP layihəsinin vaxtında icra olunacağına inanıram”
Tarix: 30.03.2016 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin vaxtında icra ediləcəyinə inanıram.
AZƏRTAC “intellinews.com”a istinadla xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Buyar Nişani deyib. TAP layihəsi üzrə hazırda boruların daşındığı əraziyə baş çəkdiyin bildirən Albaniya Prezidenti deyib: “Layihəyə cəlb edilən yüksək standartlara cavab verən mühəndislik işləri məni heyran edib. TAP layihəsinin vaxtında icra olunacağına inanıram”.
Buyar Nişani qeyd edib ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna nəql edəcək 878 kilometrlik TAP boru kəməri Tirananın Avropanın enerji bağı kimi mövqeyinin güclənməsi üçün böyük imkandır. TAP layihəsi o cümlədən də Albaniyanın hazırda kömür və hidroelektrik enerjisindən asılı olan enerji təminatı imkanlarının stabilləşməsinə töhfə olacaq.
Qeyd edək ki, TAP-ın təməlinin qoyulması mərasiminin mayın sonlarında Yunanıstanın Saloniki şəhərində keçirilməsi nəzərdə tutulur. TAP qaz boru kəməri Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə birgə “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsini təşkil edir. TAP kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Azərbaycan qazının Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
“Cənub Qaz Dəhlizi” layihəsi isə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. 3 min 500 kilometr uzunluğundakı bu dəhlizlə ilkin mərhələdə 2018-ci ildə Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildə isə Avropaya 10 milyard Azərbaycan qazının nəqli nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
16.01.2019
“SOCAR karbamid” zavodunda 500 nəfər daimi işlə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info