Pedaqoji təcrübənin başlanğıc konfransı
Tarix: 30.03.2016 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2015-2016-cı tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Universitet kollektivinin, Təhsil nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin iştirak etdiyi konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkənməsinə, yüksək ixtisaslı kadr hazırlığına xidmət edəcək pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli təhsil strategiyasının bugüngü uğurlarından, bu siyasətin muxtar respublikada nümunəvi şəkildə davam etdirilməsindən, elm və təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilməsindən danışıb. Nazir qeyd edib ki, Ali Məclis Sədrinin təşəbbüsü və bilavasitə iştirakı ilə son 20 ildə muxtar respublikada 200-dən çox müasir standartlara cavab verən, yüksək təchizata malik təhsil müəssisəsi istifadəyə verilmişdir. Yarım əsrə yaxın tarixə malik, Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetində də regionda intellekt bazasının, kadr potensialının formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. Növbəti pedaqoji təcrübə də gənclərin qocaman pedaqoqların zəngin və nümunəvi iş təcrübələrinin öyrənmələri, gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından öz bəhrəsini verəcək. Muxtar respublikanın tam orta məktəblərində təcrübəçi tələbələrin pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılıb. Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, cari semester ərzində universitetin 6 fakültəsinin pedaqoji profilli 16 ixtisası üzrə 675 nəfər III - IV kurs tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində, o cümlədən Babək rayonunun Şıxmahmud və Kərimbəyli kəndlərindəki tam orta məktəblərində təcrübədə olacaq. Bundan başqa IV kurs tələbələrinin müvafiq ixtisaslar üzrə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsində, Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyətində, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində, müxtəlif zavod və fabriklərdə istehsalat təcrübələri keçmələri nəzərdə tutulur. Rafiq Rəhimov sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması, qiymətləndirmə sistemi, açıq dərslərin, kütləvi tədbirlərin təşkili barədə məlumat verib, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən danışıb. Konfransda fəlsəfə elmləri doktoru Məmməd Hacıyev “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” barədə məruzələr ediblər. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Qurban Qurbanlı pedaqoji təcrübənin düzgün təşkilinə xidmət edəcək maraqlı təkliflərlə çıxış edib. Konfransda ötən tədris ilindəki pedaqoji təcrübələri əks etdirən slaydlar nümayiş olunub.

Mehriban Sultan




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info