Zakir Həsənov Əhməd İbrahim Məhəmməd İbrahim ilə görüşüb
Tarix: 30.03.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Martın 30-da müdafiə naziri, general-polkovnik Zakir HəsənovAzərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə NazirliyiSərhəd Qoşunlarının Komandanı, general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib.
İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Zakir Həsənov ölkələrin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib.
General-mayor Əhməd İbrahim Məhəmməd İbrahim Misir dövlətinin dostluq münasibətlərində olduğu Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info