“Metro və  ticarət mərkəzlərinin gücləndirilmiş mühafizə xidmətinə ehtiyacı var“
Tarix: 30.03.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


"Təhsil və səhiyyə müəssisələrinin, metro və  ticarət mərkəzlərinin gücləndirilmiş mühafizə xidmətinə ehtiyacı var". Bu fikri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev obyektlərin mühafizəsi haqqında danışarkən deyib. Elmar Nurəliyev bildirib ki, insanlar yarandığı gündən öz həyatlarının, ailələrinin sahibi olduğu mülklərin, ərazilərin təhlükəsizliyini təmin etməyi həmişə düşünüblər: "Mühafizə təkcə obyektlərin, müəssisələrin və bazarların deyil, eləcə də, insanların öz həyatlarını qoruması deməkdir. İctimai yerlərdə-küçələrdə, parklarda mühafizə polis orqanları tərəfindən təşkil olunur. İaşə obyektlərinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq idarəsi tərəfindən müqavilə əsasında mühafizəsi həyata keçirilir. Bu xidməti qeyri-dövlət mühafizə xidməti təşkilatı da  həyata keçirə bilər”.
O deyib ki, gücləndirilmiş mühafizə xidmətinə əsasən təhsil və səhiyyə müəssisələrində, metroda və  ticarət mərkəzlərində ehtiyac var: “Burada polislə və mühafizəçinin xidməti ilə yanaşı ictimai nəzarət də olmalıdır. Yəni insanlar gördükləri sahibsiz əşyalar və şübhələndikləri şəxslərlə bağlı mütləq yaxınlıqdakı mühafizə xidmətinin əməkdaşlarına məlumat verməlidir. Amma bəzən başqa vəziyyətlə qarşılaşırıq. Xüsusən təhsil və səhiyyə müəssisələrində görürük ki, bura daxil olan şəxslər mühafizə xidmətinin əməkdaşları tərəfindən yoxlanılmasına narazılıq edirlər. Əlbəttə ki, burda işin düzgün təşkil olunması da vacibdir.  Terror bütün dünyanı bürüyən bəladır və bu cür hadisələrdən yüz faiz sığortalanmaq deyilən bir anlayış yoxdur. Bununla belə, düzgün təşkil olunmuş mühafizəylə, ictimai təhlükəsizlik qaydalarına əməl etməklə, ayıq-sayıqlıqla bu kimi hadisələrin qarşısını almaq mümkündür".


Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info