Multikulturalizmin etnosiyasi çalarları
Tarix: 30.03.2016 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Səməd Vəkilov
Hüquqşünas







İnsan hüquqları kateqoriyasına aid olan milli məsələ hər zaman dünyanın diqqətini cəlb edib. Beynəlxalq təşkilatlar tərəfindən müxtəlif illərdə qəbul edilən Konvensiya və onlara Əlavələrdə milli məsələ hər zaman öndə olmuş və üzv dövlətlərə onların tətbiqi ilə bağlı tövsiyələr təqdim olunmuşdur. Azərbaycan da dünyanın bir parçası olduğundan bu prosesdən kənarda qalmamışdır. Ötən illərdə Azərbaycan multikulturalizminin öyrənilməsi ilə bağlı təşşəbüslər olsa da sistemli şəkildə bu fenomenin öyrənliməsi hələ bir neçə il əvvəldən tədqiqatçı jurnalist Niyaz Niftiyev tərəfindən başlanmış və uğurla başa çatdırılmışdır. Odur ki bu yazıda milli məsələlər üzrə ixtisaslaşan uzun illərdir mətbuatda oxucuları bu sahədə maarifləndirən Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabından bəhs edəcəyəm. Ədalət naminə qeyd edim ki, tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitabı Azərbaycanın etnosiyasi mənzərəsini qanunvericilik təminatlarını geniş şəkildə tədqiq edən bitkin bir əsərdir. Monoqrafiya müstəqil Azərbaycanın multikulturalizm siyasətinin bütün sahələrini özündə ehtiva edir. Biz bu kitabın 12 bölümünün hər birində birgəyaşayışın Azərbaycan modelinin çox məharətlə qələm alındığını müşahidə edirik. Elə məhz bu məntiqdən çıxış edərək, kitabın "Milli azlıqların xarakteristikası və multikultralizm", "Azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi", "Azərbaycanda milli azlıqlar", "Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması", "Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən milli siyasət" sərlövhəli yazılarında müəllif konkret faktlar və arqumentlərə istinad etməklə ilk növbədə tədqiqat predmeti ilə bağlı ayrı-ayrı anlayışların mahiyyətini açmış, bu məsələlərlə bağlı təkcə yerli və xarici tədqiqatçıların elmi yanaşmalarını təhlil etməmiş, həm də problemə münasibətdə öz subyektiv baxışını da ortaya qoya bilmişdir. Görünür ki, araşdırmanın əsas məqsədi milli azlıqların tədqiq edilməyən, yaxud da araşdrımaya az cəlb olunan tərəflərinin öyrənilməsi və daha dolğun şəkildə geniş oxucu kütləsinə catdırılması olmuşdur. Təqdim olunan araşdrımada “milli azlıq” anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilmiş, həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilmiş, bu sahədə Azərbaycan da həyata keçirilən dövlət siyasəti diqqətə çatdırılmışdır. Əsərdə ilk növbədə Azərbaycanda yaşayan əksər azsaylı xalqlar haqqında dəyərli məlumatlar var. Niyaz Niftiyev tarixçi kimi ölkəmizdə məskunlaşmış avarlar, axaxlar, Axsıxa türkləri, almanlar, buduqlar, gürcülər, xınalıqlar, inqiloylar, kürdlər, qrızlar, ləzgilər, malakanlar, ruslar, rutullar, saxurlar, talışlar, tatarlar, tatlar, udilər, yəhudilər haqqında ümumiləşdirilmiş məlumatlar verməklə, həmin xalqların Azərbaycanda məskunlaşmasının mənşəyi, Azərbaycan xalqı ilə birgəyaşayışı haqqında kifayət qədər zəngin məlumatlar vermişdir. Müəllif əsəri Azərbaycanın etnosiyasi palitrasını məharətlə canlandırmaqla bərabər, elmi informasiya baxımından da zənginləşdirir. O cümlədən müəllif uzun illər bu əsər üzərində işlədiyindən çoxsaylı mənbələrə istinad etmişdir. Əsərdə Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısını alınması bölməsində separatçılıq fəaliyyəti ilə bağlı istintaq materiallarından istifadə etməklə həmin bölməni daha da zənginləşdirmişdir. Separatşılıq fəaliyyətinin milli birlik üçün nə dərəcədə dağıdıcı bir xəstəlik olduğunu vurğulayan müəllif o virusun daşıyıcılarını ifşa etməyi bacarmışdır. Bütün bunlarla yanaşı, Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” əsərində iki fəsil diqqətimi xüsusi ilə cəlb etdi .
1. Beynəlxalq Konvensiyalar və onların milli qanunvericlikdə təsbit olunması.
2. Milli Azlaqıların dini etiqad azadlığının təmin edilməsi.
Yuxardıda qeyd olunan birinci fəsildə multikulturalizm Beynəlxalq Konvensiyalarda təsbit olunması Konvensiyaların ayrı-ayrı müddəalarında əks olunmuş milli azlıqların mədəni müxtəlifliyini din, dil və digər atributlarının qorunması ilə bağlı sitatlar bu sahədə vacib bir mənbə rolunu oyanayır.

Müəllif dünyanın böyük bir coğrafiyasını öz yuridiksiyası altına alan BMT-nin qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki Siyasi Hüquqlar Haqqında Pakt, Millli Azlıqların Çərçivə Konvensiyası və digər vacib beynəlxalq sənədlərə istinadən azsaylı xalqların milli özünü ifadə formalarının qorunmasında beynəlxalq hüququn prinsiplərini önə çəkmişdir. Yuxarıda qeyd edilən ikinici bölmədə isə milli azlaqıların dini etiqad azadlığının təmin olunmasında milli qanunvercilikdən və həmin qanunverciliyin pozulmasına dair cəza sanksiyalarını nəzərdə tutan normalar geniş şərh edilmişdir. Müəllif milli birlik və birgəyaşayış nümunələrini önə çəkərək milli azlıq nümayəndəsi olan milli qəhrəmanların Azərbaycanın milli azadlığı uğrunda canlarından keçmələrini önə çəkərək dövlətçiliyimizin qorunmasının həyati əhəmiyyətini aşılamağa çalışmışdır. Ümumiyyətlə əsər Azərbaycanın etnosiyasi mənzərəsi ilə yanaşı, ölkəmizdə birgəyaşayış modelinin öyrənilməsi baxımından ciddi mənbədir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info