Dünyadakı iqtisadi gərginlik davam edir
Tarix: 31.03.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Boeing” 4 min adamı
işdən çıxaracaq


Dünyada mülki və hərbi hava vasitələri istehsalçısı olan “Boeing” bu ilin ortasına qədər çalışanların sayını 4 min nəfər azaldacağını bildirib. “Reuters”ə açıqlama verən “Boeing”in nümayəndəsi Doug Adler şirkətin işçi sayının 1 600 nəfərlik hissəsinin könüllü ayrılmalar yolu ilə həyata keçiriləcəyini söyləyib. Adler açıqlamasında "İşləyənlərin sayının azaldılmasında əsas hədəfimiz maliyyəmizi nəzarət altına almaqdır" - deyib. İşdən çıxarılanlar arasında yüzlərlə səlahiyyətli şəxslərin olduğu bildirilir.

Yaponiyada sənaye
istehsalında eniş

Dünyanın ən böyük üçüncü iqtisadiyyatı olan Yaponiyada sənaye istehsalı fevral ayında bir əvvəlki aya görə 6,2 faiz azalıb. Lakin bazar göstəricilərinə əsasən, bu rəqəmin 6 faiz azalacağı güman edilirdi. Beləliklə, Yaponiya sənaye istehsalındakı enmə ölkə iqtisadiyyatını dərindən vuran böyük zəlzələnin yaşandığı 2011-ci ildən bu yana ən aşağı səviyyədə olub. Yaponiya İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, sənaye istehsalı illik 1,5 faiz azalıb.

Polad nəhəngi İngiltərədən çıxır
Hindistanın polad nəhəngi “Tata Steel” hissələrini sataraq İngiltərədən çıxmağa hazırlaşır. BBC şirkətin Hindistanın Mumbai şəhərindəki idarə heyətinin konfransında İngiltərədəki hissələrinin satışa çıxarılması qərarının alındığını bildirib. Şirkət İngiltərədəki Port Talbot fabrikində təxminən 5 min 500 adamı çalışdırır.

Rusiyada turizm şirkətləri bağlanır
Rusiyada turizm şirkəti sayının dörddə üçünün bağlanacağı nəzərdə tutulur.Rusiya Tur Operatorları Birliyi (ATOR) bu il ölkədəki turizm şirkəti sayının 2 mindən 500-ə düşəcəyini nəzərdə tutduqlarını açıqlayıb. Rus mətbuatına açıqlama verən ATOR sədri Dmitri Gori "Keçən il ölkədə 2 min tur operatorumuz vardı, ancaq indi, bizim qiymətləndirməmizə görə, il sonunda 300-500 şirkət qalacaq"-deyib.

Almaniyada günəmuzd
işçi sayı davamlı yüksəlir


Almaniyada "Leiharbeiter" adlanan günəmuzd işçilərin sayının sürətlə artdığı bildirilir. Ucuz işçi qüvvəsi mənasını verən günəmuzd işçilərin sayı son iki il içində təxminən 100 min nəfər artıb. Məclisdə Yaşıllar qrupunun sualına cavab verən hökumət, 2015-ci ildə ümumi 50293 müəssisənin günəmuzd işçi çalışdırdığını, bunun 2013-cü ildə 46755 olduğunu ifadə edib. Federal İş Agentliyinin məlumatlarına görə, 2013-cü ildə 867535 nəfər olan "Leiharbeiter" sayının 2015-ci ildə 961162 adama yüksəldiyi bildirilir. Bu, 3,3 faiz artım deməkdir.
Firmaların öz işçilərini işlə təmin etmək əvəzinə, başqa bir firmada qeydiyyatda olan bir işçini günəmuzd çalışdırması sürətlə yüksələrkən, əmək naziri Andrea Nahlesin (SPD) günəmuzd məşğulluq sahəsində islahatlarla bağlı təkliflərinin müzakirəsi davam edir. Nahles bəzi firmaların günəmuzd işçiliyə imkan yaradan qanunu pozaraq ucuz işçi qüvvəsini istismar etdiyini, bu mövzuda məhdudiyyətlərə gedilməsini müdafiə etsə də, bu mövzuda koalisiya ortaqları arasında bir razılığa gedə bilmirlər. Nahles günəmuzd işçi qüvvəsinin istifadəsinin firmalar üçün 18 ayla məhdudlaşdırılmasını müdafiə edərkən, CDU bunun iqtisadiyyata mənfi təsir edəcəyi və firmaların üzərindəki maddi yükü artıracağını önə sürərək, təklifə şiddətlə qarşı çıxır. Nahles isə reform təklifi ilə israr edir. Əmək nazirinin islahatlardan ibarət qanun təklifini önümüzdəki həftələrdə kabinetə təqdim edəcəyi bildirilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info