“Belarus KTMT üçün xarici dövlətlərin ərazisində müharibə aparmayacaq”
Tarix: 31.03.2016 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


“Ölkəmiz nə olursa olsun, ölkə xaricində kiminsə maraqları üçün heç bir mübarizəyə qoşulmaq niyyətində deyil”
“Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi, bu təşkilata daxil olan ölkələrlə çox bağlıdır. Lakin bütün bunlara baxmayaraq, Belarus dövləti bu dövlətlərin maraqları üçün xarici dövlətlərin ərazisində müharibə aparmayacaq.
Bu, başa düşüləndir ki, siz Şimali Atlantika Alyansında digər dövlətlərlə müttəfiq olduğunuz kimi, biz də Rusiya və digər postsovet ölkələri ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləriyik və bu bir təşkilat olaraq öz mövqeyini gizlətmir. Lakin bir daha xatırlatmaq istəyirəm ki, ölkəmiz nə olursa olsun, ölkə xaricində kiminsə maraqları üçün heç bir mübarizəyə qoşulmaq niyyətində deyil”. Bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ müdafiə naziri köməkçisinin müavini Maykl Karpenterlə görüşündə bildirib. Görüş zamanı Ukrayna hadisələrinə toxunan Belarus prezidenti Minskin qonşu ölkədə vəziyyətin normallaşmasına yönəlmiş sülh siyasətinə meyilli olduğunu bildirib. Ölkəsinin Ukrayna üçün heç bir təhlükə mənbəyi olmadığını dilə gətirən Belarus prezidenti Ukraynada vəziyyətin normallaşmasına yönəlmiş sülh siyasətinə dəstək verdiklərini qeyd edib. ABŞ-ın Ukrayna hadisələri ilə bağlı mövqeyinə toxunan Lukaşenko deyib ki, ABŞ bu istiqamətdə bir neçə addım atarsa, bu, ölkədə baş verən qanlı toqquşmaların qarşısını ala bilər. “Norman dördlüyü”nün Minskdə keçirilən sammitində ABŞ-ın da bu görüşə qatılmasının təşəbbüskarı kimi çıxış etdiyini xatırladan Belarus lideri, son vəziyyətin bu təşəbbüsün nə qədər doğru olduğunu təsdiqlədiyini bildirib. Görüş zamanı tərəflər Avropa regionundakı təhlükəsizlik məsələlərini də müzakirə ediblər. “Şərqi Avropanın üzləşdiyi problemlər, bu gün də olmasa, sabah bütün Avropaya ciddi təsir göstərə bilər”-deyə Lukaşenko bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info