Quba və Nardaran məktəbləri arasında saziş imzalanıb
Tarix: 31.03.2016 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


Məktəblilər Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət edib
Quba şəhər Texniki Təmayüllü Lisey və Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəb arasında Prezident yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb. Bu münasibətlə nardaranlı şagirdlər dünən Quba şəhərinə səfər ediblər.
Quba şəhər Texniki Təmayüllü Liseydə təhsil müəssisəsinin kollektivi tərəfindən mehribanlıqla qarşılanan paytaxt məktəblilərinə əvvəlcə lisey və rayon haqqında ətraflı məlumat verilib. Sonra Bilik Fondunun yerli nümayəndəsi Sara Məmmədova, Nardaran qəsəbə 295 saylı məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova və başqaları çıxış edərək, həyata keçirilən layihənin əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” layihəsi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında, müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Bilik Fondunun bu layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəinki məktəblərin, hətta bölgələrin də yaxınlaşmasına yardımçı olur. Bu vaxta kimi artıq 40-dan çox məktəb arasında “Qardaşlaşma haqqında” saziş imzalanıb. Çıxışlardan sonra hər iki təhsil müəssisəsinin şagirdləri birlikdə tarix fənni üzrə açıq dərsdə iştirak ediblər. Daha sonra məktəblər arasında “Qardaşlaşma haqqında” sazişin müddəaları müzakirə olunub, əlavə və dəyişikliklərdən sonra sənəd imzalanıb. Tədbirdən sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət edən məktəblilər ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info