Əmək stajını təsdiq edən sənədlərin toplanması prosesi sadələşdirilib
Tarix: 26.02.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması çərçivəsində vətəndaşlar üçün 2006-ci ilədək yığılan əmək stajının mövcudluğunu təsdiq edən sənədlərin toplanması prosesini sadələşdirib. Bu barədə dünən jurnalistlərə DSMF sədri Səlim Müslümov deyib. S.Müslümovun sözlərinə görə, 2006-cı ilədək vətəndaşların əmək stajını yalnız əmək kitabçaları əsasında müəyyənləşdirmək olar, buna görə də onların DSMF-yə təqdimi vacib məsələdir. "Əvvəllər əmək kitabçasının surətini rəsmiləşdirmək üçün notarius təminatı tələb olunurdu ki, bu da vətəndaşların əlavə xərc çəkməsinə səbəb olurdu, hazırda isə biz bu prosesi sadələşdirmək qərarına gəlmişik və əmək kitabçalarını DSMF-nin yerli şöbələrində təsdiq etdirmək mümkün olacaq" - deyə DSMF sədri qeyd edib. Onun sözlərinə görə, əmək kitabçasının surəti DSMF-nin yerli şöbə rəhbərlərinin müavinləri tərəfindən təsdiq ediləcək və bu məlumatlar əsasında vətəndaşların 2006-cı ilədək pensiya kapitalı müəyyənləşdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info