Soyqırımın daha bir nişanəsi - Alpan qəbiristanlığı
Tarix: 31.03.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır. Rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən kənd Qubadakı ən qədim yaşayış məntəqələrindən biridir.
Alpan kənd sakini Ziyafəddin Dadaşov AZƏRTAC-a müsahibəsində qədim kənd qəbiristanlığının soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdən biri olduğunu bildirib. Z.Dadaşov deyib ki, dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı baş daşlarını gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.
Yerli sakinlərin sözlərinə görə, erməni silahlıları Alpana 1918-ci ilin may ayında hücum edib və kəndi üç istiqamətdən mühasirəyə alıb. O dövrdə Quba qəzasında ən varlı kəndlərdən sayılan Alpanda əhalinin çox hissəsi əliyalın meşələrə qaçıb. Bütün evləri yandıran ermənilər qocaya, qadına, uşağa rəhm etməyiblər.
Alpan kənd tam orta məktəbinin tarix müəllimi Zabit Babayev isə qeyd edib ki, erməni dəstələrinin əsas məqsədi buradakı müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Onlar Şahdağdan Xəzər dənizinə qədər olan ərazidə yaşayan yerli sakinlərin hamısını öldürmək əmrini almışdılar.
1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.




 
Bölməyə aid digər xəbərlər
28.09.2020
Ombudsman düşmənin ağır artilleriya atəşi nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə baş çəkib
27.09.2020
MN: Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu
26.09.2020
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
26.09.2020
Cəbhə xəttindən uzaq durun
25.09.2020
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info