“Soyqırıma son” adlı beynəlxalq konfrans keçirilir
Tarix: 31.03.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“1918-ci ilin mart hadisələri zamanı Azərbaycana dəyən zərərin həcmi 495 milyard dollar təşkil edir”
Bu gün Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans işə başlayıb. Konfrans Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
 Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT konvensiyalarını rəhbər tutaraq, gənclər arasında dünyada baş vermiş soyqırımlar haqda həqiqətlərin daha geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etməkdir.
 Konfransı giriş sözü ilə gənclər və idman nazirinin müavini İntiqam Babayev açıb. O bildirib ki, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur: “Bu gün yaşadığımız dünyada qeyri-stabil bir mühit formalaşıb. Dünyada stabilləşmə əvəzinə qaynar nöqtələrin sayı artmaqdadır. Xalqlara qarşı etnik-irqi təmizləmələr göz qabağındadır. Siyasi problemlər müxtəlif etnik münaqişələrlə başa çatır. Bu problemlərlə ilk növbədə gənclər üzləşir. Soyqırımı araşdırmaq təkcə tarixçilərin işi deyil. Soyqırımı araşdırıb gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmiz olmalıdır. Biz 2 əsrə yaxın ermənilər tərəfindən deportasiya və soyqırımı siyasətinə məruz qalmışıq. 1918-ci ilin mart ayında erməni daşnak quldur dəstələri Azərbaycanda minlərlə insanı qətlə yetirib”.
 Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Alev Kılıç qeyd edib ki, arxivlər açılmalı və tarix ortaq şəkildə yazılmalıdır: “Türkiyə qondarma erməni soyqırımı iddiaları ilə 1965-ci ildən sonra üzləşməyə başlayıb. Hazırda “soyqırımı” məfhumundan siyasi alət kimi istifadə olunur. Biz Türkiyə olaraq 80-ci illərdə bu məsələnin ciddiliyinin fərqinə vardıq. Yəni, biz gec ayıldıq. Biz düşünürdük ki, bu sadəcə təbliğatdır”.
 AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycana dəyən zərərin həcmi 495 milyard dollar təşkil edir. Bakı şəhərinə isə 1,2 milyard rubl ziyan dəyib: “İranın Bakıdakı konsulu öz xatirələrində yazır ki, onlar təkcə 5 min türk müsəlmanın dəfnini təşkil ediblər. 1918-ci ilin mart hadisələri vaxtı Bakı da daxil olmaqla, Şimali Azərbaycanda qətlə yetirilən insanların sayı 263 mindən çoxdur”.
 V. Qafarov əlavə edib ki, Şamaxı qəzasının 50 faiz əhalisi qətlə yetirilib: “Şamaxıda 10 min 440 nəfər türk-müsəlman öldürülüb”.
 Özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov qeyd edib ki, 31 martda Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırımı siyasəti həyata keçirilib.
 Konfrans davam edir.
 Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Moldova, Özbəkistan və İrandan olan elm adamları, ekspertlər iştirak edir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info