“Jewish Journal”: “Azərbaycan kimi müttəfiqləri dəstəkləmək ABŞ üçün əhəmiyyətlidir”
Tarix: 31.03.2016 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Amerika yəhudilərinin nəşri olan “Jewish Journal” qəzetində Los-Ancelesli ravvin Yon Bukstaynın ABŞ Nümayəndələr Palatasının sədri Pol Rayana müraciəti dərc olunub. Müraciəti ABŞ-ın nüfuzlu ravvinləri Devid Uolp, Simça Qrimm, İzrail Baruk və İtzak Lazri də imzalayıblar. Müraciətdə konqresmen Kristofer Smitin Nümayəndələr Palatasında müzakirəyə təqdim etdiyi “Azərbaycanda demokratiya aktı” deyilən qanun layihəsindən danışılır. Məktub müəllifi yazır ki, belə sənəd ABŞ ilə Azərbaycan arasında münasibətlərə xələl gətirə bilər.
O qeyd edir ki, 2015-ci ilin mayında Azərbaycanda multikulturalizm və tolerantlıq üzrə beynəlxalq konfransda çıxış edib. Bir çox insanlarla, başqa millətlərin və dinlərin nümayəndələri, o cümlədən əhalisinin 95 faizi müsəlman olan bir ölkədə sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşayan yəhudilər, xristianlar və müsəlmanlarla tanış olub. Müəllif vurğulayır ki, başqa müsəlman ölkələrində yəhudilərə münasibətdə tolerantlığın olmadığı bir vaxtda Bakıda Azərbaycan rəhbərliyinin tapşırığı ilə yəhudi məktəbləri və sinaqoqlar inşa edilir, Bakı-Təl-Əviv birbaşa reysləri həyata keçirilir. Ravvin qeyd edir ki, ABŞ-ın Azərbaycana münasibətdə siyasəti şübhələrə və uzaqlaşmağa deyil, dostluğa, əlaqələrin möhkəmlənməsinə və dəstəyə əsaslanmalıdır. ABŞ-ın Əfqanıstan və İraqda səylərini dəstəkləyən bir ölkə, Avrasiyada Amerikanın sadiq müttəfiqi olan Azərbaycan Birləşmiş Ştatların güclü tərəfdaşı və dostu kimi özünü təsdiqləyib.
Ravvin Bukstayn müraciətində yazır ki, Yaxın Şərqin təlatümlər içində olduğu, dinlərarası münaqişələrin gücləndiyi və dövlətlər arasında siyasi əlaqələrin pozulduğu bir dövrdə terrorizm və ekstremizmə qarşı mübarizədə Amerika və İsrail ilə bir cərgədə dayanmağa davam edən Azərbaycan kimi müttəfiqləri dəstəkləmək ABŞ üçün əhəmiyyətlidir.
Müraciət konqresmenlər Ed Roys, Kris Smit, Bob Qudlatt və Ceb Hensarlinqə də göndərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info