Uşaqların 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub
Tarix: 31.03.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


2015-ci ilin məlumatına görə, ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb. Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır. N.Quliyev deyib ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub. "Azərbaycanda uşaqların icbari dispanserizasiyası" haqqında qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yenidoğulan və 3 yaşına qədər uşaqlar ildə bir necə dəfə, 3 yaşından böyük uşaqlar isə il ərzində kompleks müayinələrə cəlb olunurlar. N.Quliyev deyib ki, keçən il respublikanın 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunlardan sağlamlıq imkanları məhdud uşaqlar 9237, valideyn himayəsindən məhrum uşaqlar 574, cəzaçəkmə müəssisəsində olan uşaqlar 24 nəfər təşkil edib.
Uşaqların sağlamlıq qrupları üzrə bölünməsinə gəlincə, I qrup 457 618, II qrup 211 953, III qrup 31 867, IV qrup üzrə 17 430, V qrup üzrə isə 12 087 nəfər olub.
İnstitut direktoru bildirib ki, icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3121 uşaqda mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2687 uşaqda endokrin sistemi xəstəlikləri, 2617 uşaqda həzm sistemi xəstəlikləri, 2452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 uşaqda sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda onkoloji xəstəliklər aşkar olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info