Yaponiyanın peyk sənayesi üzrə mütəxəssisləri gəlib
Tarix: 26.02.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Yaponiyanın nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, «Mitsubishi Electric Corporation», «Nippon» elektrik korporasiyası, «IHI Corporation», «IHI Aerospace Co.», «PASCO», «JAMSS», «Sumitomo», «Itochu Corporation», Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyətinin təmsilçiləri daxildir. Fevralın 27-28-də “Hilton” mehmanxanasında Azərbaycan və Yaponiyanın mütəxəssislərinin iştirakı ilə peyk sənayesinin inkişafına həsr olunmuş seminar keçiriləcək.
Azərbaycan bu seminarda 24 şirkətlə təmsil olunacaq. Yaponiyanın məşhur “Mitsubishi Electric Corporation” şirkətinin vitse-prezidenti Takaşi Sasakavanın məruzəsi dinləniləcək. Seminarda Yaponiyanın ümumilikdə 17 şirkətinin 30 nəfərdən ibarət nümayəndəsi iştirak edəcək. Qeyd edək ki, seminarın məqsədi Azərbaycanda və Yaponiyada peyk proqramları, Yaponiyanın peyk sektoru ilə bağlı xidmət və məhsullarının ölkəmizdə istifadə olunması, peyk sektoru üçün tələb və ehtiyac haqqında məlumatların ötürülməsi və mübadilə olunmasını təmin etməkdən ibarətdir. Nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info