Bu gün 31 Mart 1918-ci ildə xalqımıza qarşı törədilən soyqırımından 98 il ötür. Əslində, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri genosid siyasətinin kökü tarixin dərinliklərinə gedib çıxır. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirib, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçiriblər.
Martın 31-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında keçirilən “açıq dərs”in mövzusu tarix boyu mərhələlərlə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətidir. Hələ 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Tarix bunu göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə, onların 1905-1907-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olub.
Bugünkü “açıq dərs”də Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Hüseynova Pərvanə “Ermənilərin Azərbaycana köçürülməsi”, Quliyeva Arzu “1905-1907 və 1918-ci illər azərbaycanlıların soyqırımı”, Əliyeva Fəxriyyə “1948-53-cü illərdə azərbaycanlıların deportasiyası”, Babayev Ramazan “1988-1994-cü illər soyqırımı” mövzuları ilə çıxış ediblər, soyqırımında həsr olunmuş sənədli film nümayiş olunub.
Tural
|