“Bild”: “Almaniyada soyğunçuluq və oğurluq halları hər saat artır”
Tarix: 01.04.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Tez-tez bu cinayətkarlıqların başında gürcü mafiyası dayanır”
Almaniyada soyğunçuluq və oğurluq halları durmadan, hər saat artır. Bu barədə alman mediası həyəcan təbili çalmaqdadır. Qeyd edilir ki, Almaniyada mənzillərin soyulması halları sürətlə artmaqdadır. Bir il ərzində bu sahədə olan göstərici 9,9 faiz artıb. Bu barədə polislərin 2015-ci il üçün kriminal statistikasında bildirilir. Alman media qurumu olan “Bild”ə müsahibəsində alman sahə polisləri ittifaqının sədri Andre Şults bu barədə vəziyyəti şərh edib və əsas cinayətkar qrupları sadalayıb. Onun fikrincə, Almaniya oğrular üçün cənnətə çevrilib: “Biz Avropanın ürəyində olan varlı və sərhədləri açıq olan bir ölkəyik. Bu isə xaricdən olan cinayətkar qrupların üzvlərinin iştahasını daha da artırır”.
Andre Şults bildirir ki, oğru və evsoyanların tipajları müxtəlifdir: “Bunlar həm də peşəkar oğrulardır ki, bütün ömürləri boyu müstəsna olaraq oğurluqlarla məşğul olurlar. Həmçinin müxtəlif təbəqələrdən olan gənclər də var. Onlar qanunsuz şəkildə evlərdə peyda olurlar ki, pul, bahalı smartfonlar və hətta brend paltarlar ələ keçirsinlər. Nəhayət, klassik variant: növbəti doza heroin və başqa axmaqlıqlar üçün ələ pul keçirən narkomanlar da var. Ekspert oyun hərisliyinə görə cinayətkarlıqlara sürüklənənlərin sayının artdığını da bildirib. Bununla yanaşı, ev soyğunçuluğunun əsas hissəsi xaricdən - Şərqi Avropadan gələnlərin payına düşür: “Şərqi Avropanın cənubundan peşəkar evsoyan qruplar Almaniyaya əsl quldur yürüşü edirlər. Bu cinayətkarlar mütəşəkkil kriminal qruplaşmaların tərkibinə daxildirlər. Tez-tez bu cinayətkarlıqların başında gürcü mafiyası dayanır. Bu gürcü mafiyası oğruları cəlb edərək onları Almaniyaya göndərir. Onlar Almaniyada qaçqın statusu almaqla bağlı bəyanat verir - sənədlərə baxılan müddətdə isə 8-10 ay ərzində requlyar olaraq qarətlər edirlər”. Şults onu da qeyd edib ki, bu cür quldurlar gündüzlər mağazaları, gecələrsə evləri qarət edirlər. Bundan başqa, bir çox bədniyyətlilər Serbiyadan, ya da Şimali Afrikadan gəlirlər, eləcə də Albaniyadan və Qərbi Balkandan olan qaraçı klanları Almaniyaya ayaq açırlar.
Ekspertin fikrincə, qoruyucu tədbirlər kimi, qarətə və soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi kara gələ bilər. Bu cür sərt cəza tədbirləri ilə potensial oğruları qorxutmaq mümkündür.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info