Moldovada suverenlik və neytrallıq bəyannaməsi qəbul edilib
Tarix: 01.04.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl qeyd edilməlidir ki, Moldavanın Rumıniya ilə birləşməsi məsələsi son vaxtlar hər iki ölkənin gündəmini zəbt edən əsas məsələ kimi önəm kəsb etməkdədir.
Lakin xatırladaq ki, iki ölkənin birləşməsi barədə son zamanlar səslənən çağırışların həm Buxarestdə, həm də Kişinyovda tərəfdarları ilə yanaşı, bu birləşmənin əleyhinə çıxış edənlər də az deyil. Məsələn, Rumıniya rəhbərliyi tərəfindən ölkənin NATO və Avropa Birliyinə üzv olmasından sonra üçüncü və eyni zamanda ən vacib layihə kimi, Moldavanın Rumıniya ilə birləşməsi qarşıda prioritet məsələ kimi göstərilsə də, Moldavadan olan kommunistlər bunun tam əleyhdarları kimi çıxış edirlər. Məhz elə bu ölkə kommunistlərinin təşəbbüsü ilə ölkə parlamenti Moldovanın suverenlik və neytrallıq bəyannaməsini təsdiq edib. Bunu iki ölkənin birləşməsi uğrunda mübarizə aparanlara qarşı ağır zərbə kimi də dəyərləndirmək olar. Qeyd edək ki, suverenlik və neytrallıq bəyannaməsi Moldova parlamenti tərəfindən səs çoxluğu ilə təsdiq edilib. Bir müddət əvvəl Moldova mətbuatında Dnestr və Prut ərazisinin Rumıniyanın tərkibində NATO və Avropa Birliyinə daxil olması planı barədə material dərc edilmişdi. Bu layihənin müəllifi kimi Rumıniyanın Baş nazirinin keçmiş müşaviri Petrişor Peyu çıxış edirdi. Hətta son günlər Kişinyovun mərkəzində Peyu tərfdarları yürüş keçirməyə nail olsalar də, ölkədə aparılan rəy sorğusuna görə vətəndaşlarının əksəriyyəti Moldovanın Rumıniya ilə birləşməsinin əleyhinədir. Xatırladaq ki, belə bir bəyanatın qəbul edilməsində moldovalı kommunistlər təşəbbüskar kimi çıxış etsələr də, onlara qaqauzlar da böyük dəstək nümayiş etdiriblər. Hələ bir müddət bundan əvvəl Qaqauz Muxtar Vilayətində referendum keçirilmiş və birləşmə təşəbbüsünə mənfi münasibət bildirilmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info