“Devletarsivleri.gov.tr”: “Ermənilərin vəhşilikləri, hətta rus hərbçilərini də dəhşətə gətirmişdi”
Tarix: 01.04.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Hazırda Şərqi Anadolu bölgəsində Daşnak və Hnçak birləşmələrinin qətl etdiyi türklərə aid 185 toplu məzar mövcuddur
Ermənilər azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı həmişə qəddar və amansız olublar. 1915-1919-cu illər arasında, Birinci Dünya müharibəsi dövründə çar ordusu ilə ittifaqa girən Daşnak, Hnçak və Ramgavar erməni birləşmələri Türkiyənin Şərqi Anadolu bölgəsində, Alaca, Cinis, İlıca, Ərzurum, Ərzincan, Tımar, Xorasan, Qars, Van, İğdırda və Azərbaycanın müxtəlif regionlarında tam bir türk soyqırımı reallaşdırıblar.
Bu zaman ermənilər bir milyon türkü qətl ediblər. Müharibə ilə heç əlaqələri olmayan, günahsız bir milyon türk, erməni quldurları tərəfindən yalnız türk və müsəlman olduqları üçün qətl edilib. Türkiyənin “Devletarsivleri.gov.tr” saytında 1918-ci ildə ermənilərin törətdikləri vəhşiliklərlə bağlı faktlar yer alıb: “Birinci Dünya müharibəsinin sonlarına doğru Ərzincan geri alındığı vaxt qorxunc bir mənzərə ortaya çıxıb. Bölgədəki türklərin çoxu evlərilə birlikdə yandırılaraq öldürülüb. Hər öldürmə işindən əvvəl işgəncələr edilib. Ermənilər Ərzincanda 7-8 yaşındakı qızlar da daxil olmaqla bütün qadınlara təcavüz ediblər. Bir dərə içində beş yüzdən çox qadın və uşaq vəhşicəsinə öldürülüb. Ermənilər Ərzurumun Hınıs kəndində, bir türk qadınının körpə uşağını odda qızardaraq anasını bu kababdan yeməyə məcbur ediblər. Ermənilər xüsusən qadınlara qarşı bu kimi iyrənc hərəkətləri Vanda da ediblər. Bəzi yerlərdə ermənilər, türkləri öldürdükdən sonra itlərə yedirdiblər. Ermənilər bir çox türkü Murad çayına ataraq boğublar. Boğulanların ayaqları altında nallar olub. Ermənilər bir çox yerdə türk qadını və uşaqlarını təkkə və məscidlərə dolduraraq yandırıblar”. Saytın məlumatına görə, ermənilər Ərzurumda qırğınlara 1918-ci ilin fevralından başlayıb: “Ermənilərin başlatdıqları böyük qırğında minlərlə adam öldürülüb. Təkcə 1918-ci ilin 26 fevral günü üç min türkü öldürdüklərini özləri etiraf ediblər. Muş, Bitlis və Pülümür ətrafında axırlara bağlamış olduqları türkləri, neftə bulayıb yandırıblar. Ermənilərin vəhşilikləri, hətta rus hərbçilərini də dəhşətə gətirmişdi. Rus polkovniki Qriasnof, gənc bir erməni qızını bir məscidin həyətinə apararaq ermənilərin etdiyi bu qırğını göstərib. Erməni qız isə kədərlənmək əvəzinə, böyük bir zövqlə qəhqəhə çəkib və gördüklərini bəyəndiyini söyləyib. Rus polkovnik isə bu erməni qızından iyrəndiyini deyib”. Hazırda Şərqi Anadolu bölgəsində Daşnak və Hnçak birləşmələrinin qətl etdiyi türklərə aid 185 toplu məzar mövcuddur. Bu toplu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir. Qeyd edək ki, 1918-ci il Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, yandırılıb və talan edilib ki, onlardan da biri Subatan kəndidir. Müxtəlif vaxtlarda Subatandakı toplu məzarlar beynəlxalq jurnalistlərin iştirakı ilə açılıb.
1918-ci il hadisələrini görən Faranıq Türkün arxiv sənədləri ilə üst-üstə düşən ifadələrinə görə, 25 aprel 1918-ci ildə ermənilər tərəfindən edilən qırğın bu şəkildə meydana gəlib: “Qars və Sarıqamışdan geri çəkilən Daşnak-erməni birləşmələri, o zamanlar türk, erməni və rumların birlikdə yaşadığı Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr, qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər”. Arxiv sənədlərindən əldə edilən fotoşəkillərə və qazıntı sonrası məlum olanlara görə başlarına balta ilə vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə buraxıblar. Sənədlərə əsasən, Subatan kəndində cəmi 570 adamın qətl edildiyi ifadə edilib.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info