Fond “Azərsu“ ilə birgə jurnalistlər üçün müsabiqə elan etdi
Tarix: 01.04.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə "Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirilib.
Konfransda 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi yad edilib. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov kütləvi informasiya vasitələrinin dövlət və cəmiyyət həyatındakı müstəsna rolundan söz açıb. Rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Qorxmaz Hüseynov Fondun dəstəyi ilə keçirilən görüşün ictimaiyyətin "Azərsu" ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə dolğun şəkildə məlumatlandırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Daha sonra görüşün məqsədi barədə danışmaq üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor Vüqar Səfərli tədbirin təşkilinə verdiyi dəstəyə görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və qurumun ölkənin su təsərrüfatının yenidənqurulması sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Vüqar Səfərli daha sonra ölkə rəhbərliyinin kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini xatırladıb. İcraçı direktor bildirib ki, Fondun yaradılmasında başlıca məqsəd ölkədə fikir, söz və məlumat azadlıqlarının daha da genişləndirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması olub. Vüqar Səfərli ötən 7 ildə Fondun bu və digər istiqamətlərdə həyata keçirdiyi prioritet layihələr barədə də ətraflı məlumat verib. Çıxışını davam etdirən icraçı direktor Fondun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə dövlət qurumları ilə birgə tədbirlər və fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini, "Azərsu" ASC-də keçirilən konfransın qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sanballı töhfə verəcəyini vurğulayıb. Konfransda geniş məruzə ilə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son illər paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında su təsərrüfatının müasirləşdirilməsi, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı məqsədilə reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. Tarixə ekskurs edən Qorxmaz Hüseynov 2017-ci ildə "Şollar" su kəmərinin 100 illik yubileyinin keçiriləcəyini bildirməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə - ötən əsrin 70-80-cı illərdə respublikanın su təsərrüfatının inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. Qorxmaz Hüseynov bu islahatların son 13 ildə Prezidentin diqqət və qayğısı ilə inamla davam etdirildiyini, ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə "master-plan"ın hazırlanaraq həyata keçirildiyini vurğulayıb. "Azərsu" ASC-nin sədri Ceyranbatan su anbarının yenidən qurulması, Taxtakörpu su anbarını inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və digər layihələrin reallaşdırılması nəticəsində paytaxt əhalisinin 80 faizinin keyfiyyətli və fasiləsiz su ilə təmin olunduğunu diqqətə çatdırıb. Qorxmaz Hüseynov çıxışında respublika ərazisinda kanalizasiya sistemlərinin yenidən qurulması, yeni yağış kollektorlarının inşası istiqamətində planlaşdırılan qlobal layihələr barədə də ətraflı məlumat verib. Tədbirdə KİV rəhbərlərini maraqlandıran suallar da ətraflı cavablandırılıb. V.Səfərli bildirib ki, 2009-cu ildən Fonda dövlət büdcəsindən 20 milyon manatdan çox vəsait ayrılıb. İcraçı direktor onu da bildirib ki, Fondun və "Azərsu" ASC-nun rəhbərliyi "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" movzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmək barədə qərar qəbul edib. Qeyd edilib ki, birgə müsabiqənin təşkilində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info