Boksçularımız İtaliyada təlim-məşq toplanışında
Tarix: 01.04.2016 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


“Rio-2016” Yay Olimpiya Oyunlarının təsnifat yarışlarına ciddi hazırlaşan kişi və qadınlardan ibarət boks üzrə Azərbaycan milli komandaları martın 27-dən etibarən İtaliyanın Assizi şəhərində təlim-məşq toplanışını davam etdirir.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında kişilərdən ibarət komandamızın heyətində Rüfət Hüseynov, Elvin Məmişzadə, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov məşqlərini davam etdirirlər. Komandanın böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, hazırlıq plana uyğun şəkildə, yüksək templə davam edir. O, artıq sparrinq döyüşlərinin keçirildiyini də vurğulayıb. Qadınlardan ibarət millimizə gəlincə, Əzizə Abbasova, Anaxanım Ağayeva, Ayzamat Hacıyeva, Məryəm Cəbrayılova və Viktoriya İsmayılova baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında İtaliyaya yollanıb. Təlim-məşq toplanışı aprelin 6-dək davam edəcək. Qeyd edək ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının təsnifat yarışları Türkiyənin Samsun şəhərində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info