Cozef Souki Azərbaycan hökuməti və xalqından üzr istədi
Tarix: 01.04.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cozef Souki Azərbaycandan üzr istəyib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. C. Souki  Havay ştatı Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “DQR”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə əlaqədar Memorandum imzalayaraq dərin təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış Memorandumda spiker C.Souki təəssüflə bildirib ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub. O qeyd edib ki, Havay Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də C.Souki qətnamənin müvafiq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayıb. O, əlavə edib ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə C.Souki H.R.167 saylı qətnamənin hər hansı hüquqi qüvvəyə malik olmadığını vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzrxahlıq edib.
Sipker Memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından Azərbaycan və ABŞ arasındakı güclü dostluq əlaqələrinin inkişaf etməkdə davam edəcəyinə ümid bəslədiklərini bildirərək yazır: “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə, mən Azərbaycan hökuməti və xalqından səmimi şəkildə üzr istəyirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib
18.04.2019
Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb
18.04.2019
Son sözü Ali Seçki Komissiyası deyəcək
18.04.2019
Liviyada üç günlük matәm elan olunub
17.04.2019
Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info