Polşada azərbaycanlıların soyqrımına həsr olunan tədbir keçirilib
Tarix: 01.04.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Şah Cəmiyyətinin Polşada fəaliyyət göstərən Fövqəladə və səlahiyyətli səfiri Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə 31 martda Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Texnologiya Universitetində azərbaycanlıların soyqrımına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Raqif Hüseynov tarixən azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında tədbir itirakçılarına geniş məlumat verib. Daha sonra çıxış üçün söz Polşa-Azərbaycan Əməkdaşlıq Təşkilatının sədri David Cesudaya verilib. David Cesuda çıxışında qeyd edib ki, bu cür tədbirlərin Azərbaycan hüdüdlarından kənarda təşkil olunması Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyəti tərəfindən əyani sürətdə tanınmasına böyük şərait yaradır. Daha sonra çıxış üçün söz Varşavada fəaliyyt göstərən Varşava Təbiət Elmləri Universitetində doktorantura təhsili üzrə elmi tədqiqat aparan Azərbaycan-Polşa Gənc Alimlər Təşkilatının sədr müavini Məltəm Şamilovaya verilib. Məltəm Şamilova azərbaycanlıların soyqırımının tarixi haqqında tədbri iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə Varşava Texnologiya Universitetinin professorları, eyni zamanda Polşanın ictimai-siyasi həyatında fəal itirak edən gənclər iştirak ediblər. Sonda azərbaycanlıların soyqrımına həsr olunmuş ingilis dilində video film tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib
24.06.2019
DGK rəhbərliyi Gəncə, Göygöl, Daşkəsəndə vətəndaşları qəbul edib
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info