Ukrayna mediasında 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub
Tarix: 01.04.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Ukraynanın “Versii.com” internet nəşrində hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Quliyevin azərbaycanlıların soyqırımından bəhs edən məqaləsi dərc olunub. “Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb” sərlövhəli məqalədə bildirilir ki, hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir: “Erməni terrorizmi Azərbaycanın və Türkiyənin tarixində qara kabus kimi qanlı iz qoyub. Deyə bilərik ki, XX əsr türklərə, türk dilində danışan hər kəsə münasibətdə ermənilərin hədsiz nifrəti və görünməmiş vəhşilikləri ilə yadda qalıb. Erməni millətçilərin Azərbaycan xalqına qarşı soyqırımı və təcavüz siyasətinin tarixi artıq iki yüz ilə çatıb. Bu qanlı siyasətin məqsədi azərbaycanlıları onların tarixi torpaqlarından qovmaq, “azad edilmiş” ərazidə erməni tarixçi və ideoloqların xəstə təxəyyülünün məhsulu olan “böyük Ermənistan” dövləti yaratmaqdır”.
Müəllif yazıda azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən törədilən soyqırımılarından danışaraq qeyd edir ki, tarixi şəraitə görə iki əsr ərzində baş vermiş hadisələrə obyektiv qiymət vermək mümkün olmayıb: “Son illər Azərbaycan Respublikası bu istiqamətdə öz fəaliyyətini gücləndirib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı bu işi daha mükəmməl və ardıcıl həyata keçirməyə imkan yaradır. Bu sənəd çox illər əvvəl baş vermiş hadisələr haqqında həqiqəti açıqlayır və xalqın tarixi yaddaşını təzələyir. Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ilin mart hadisələrinin növbəti ildönümü ilə əlaqədar xalqa müraciətində vurğulayıb: “Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir”.
Bu baxımdan Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin Forumu aktual məna daşıyır. Həmin tədbirin yekunları gələcəkdə erməni lobbisinin qarşısında güclü sərhədlər qoymağın və qəti təbliğat hücumuna keçməyin mümkün olacağına ümid etməyə əsas verir.
Azərbaycan rəhbərliyinin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti nəticəsində azərbaycanlılar qarşıya qoyulan məqsədə, o cümlədən ərazi bütövlüyü və suverenliyin bərpasına, əsrlər boyu əsl soyqırımını həyata keçirənləri, insanlar və xalqlar arasında nifrət və düşmənçiliyi təbliğ edənləri ifşa etməyə nail olacaqlar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info