Azərbaycanlıların soyqırımı haqqında məqalə ABŞ mətbuatında
Tarix: 01.04.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “Centre Daily News” qəzetində “Azərbaycanlıların soyqırımının ildönümü qeyd edilir” sərlövhəli məqalə dərc edilib.
Materialda 1918-ci ilin mart hadisələrindən – erməni quldur dəstələrinin Bakıda, Şuşada, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində törətdiyi qırğından bəhs edilir. Qəzet yazır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra hökumət mart hadisələrini təhqiq edib. 1919-cu və 1920-ci illərdə 31 mart Azərbaycanda milli matəm günü kimi qeyd edilib. Sovet dövründə azərbaycanlılar həmin matəm gününü qeyd edə bilmirdilər, lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra bu hadisənin ildönümü rəsmi səviyyədə qeyd olunur.
Məqalədə bildirilir ki, 2009-cu və 2010-cu illərdə Nevada ştatının qubernatoru martın 31-nin azərbaycanlıların soyqırımı qurbanlarının Xatirə günü kimi tanınması barədə proklamasiya dərc edib. 2011-ci ildə Texas ştatından konqresmen Con Zervas analoji məzmunlu proklamasiya imzalayıb. Dünyanın bir neçə ölkəsi də azərbaycanlıların soyqırımını qanunvericilik səviyyəsində tanıyıb.
Xatırladaq ki, məqalə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi Amerika ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə məlumatlandırma kampaniyası nəticəsində dərc edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info