ABŞ mətbuatı: “Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib”
Tarix: 01.04.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Birləşmiş Ştatların “Foreign Policy News” xəbər portalında “Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib” sərlövhəli məqalə yerləşdirilib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 30-da Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşündən bəhs edilir. Portal yazır ki, görüşdə Con Kerri 2019-cu ildən başlayaraq Avropaya hər il 16 milyard kubmetr Azərbaycan qazı nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın səylərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Con Kerri Azərbaycanın regionda ticarət mərkəzinə çevrilməsi istiqamətində gördüyü işləri də müzakirə edib və rəsmi Bakının NATO-nun Əfqanıstandakı missiyasına töhfəsinə, sülhyaratma əməliyyatlarında iştirakına, habelə terrorizmə qarşı qlobal mübarizədə birgə səylərinə görə təşəkkürünü bildirib.
Məqalədə daha sonra deyilir ki, dövlət katibi Con Kerri və Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. 1988-ci ildən 1994-cü ilə qədər davam edən müharibə Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələnib və Azərbaycanda qaçqın-köçkün böhranı yaradıb. ABŞ dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətində Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyib və qoşunların təmas xəttində, habelə Ermənistan-Azərbaycan sərhədində zorakılıqla əlaqədar narahatlıq keçirdiyini bildirib. C.Kerri deyib ki, Vaşinqton bu münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Ermənistanla və Azərbaycanla davamlı müzakirələr aparılmasının tərəfdarıdır.
Prezident İlham Əliyev regional enerji layihələrinin, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın ABŞ hökuməti tərəfindən dəstəklənməsinə görə dövlət katibi Con Kerriyə təşəkkürünü bildirib və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün Birləşmiş Ştatların vasitəçilik səylərini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidir.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info