Suraxanıda 6705 vətəndaş müayinə olunub
Tarix: 01.04.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunda əhali böyük həvəslə tibbi müayinədən keçir. Rayonda tibbi müayinə dörd xəstəxanada, dörd poliklinikada və bir ambulatoriyada aparılır.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Tibbi müayinənin aparıldığı 24 nömrəli şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov bildirib ki, müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Sakinlərin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Onlar əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra ehtiyac yarandığı halda sakinləri cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Poliklinikaya gələnlər ümumi və biokimyəvi analiz verir, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günədək 6705 vətəndaş müayinə olunub. Bunlardan 75-i rentgen, 156-sı USM aparatından, 609-u laboratoriya və 68-i EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 183-də xəstəlik aşkar olunub və 13-ü isə stasionar müalicəyə götürülüb.
Rayonun Bülbülə qəsəbəsi Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev 24 nömrəli şəhər poliklinikasının tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib. O vurğulayıb ki, ölkə əhalisinin sağlamlığının təmin olunmasına xidmət edən bu aksiya Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının qayğısına qaldığını bir daha sübut edir.
Bülbülə qəsəbə sakini Bikəxanım Məmmədova da poliklinikanın tibbi heyətindən, göstərilən xidmətdən razılığını ifadə edib, vətəndaşların sağlamlığının qayğısına diqqətlə yanaşdığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Suraxanı rayonunda 214,4 min sakinin və rayonda məskunlaşmış 20 mindən çox məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
Aprelin 1-dək rayonda 80 minə yaxın vətəndaş və 109 kollektiv tibbi müayinədən keçib. Müayinələr zamanı 2995 vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb, 118 nəfər stasionar müalicəyə cəlb edilib. Həmçinin 141 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info